Bermud üçbucağının sirri açılır – Altıbucaqlı bulud

25.10.2016 - 01:24

rrAmerikalı meteoroloqlar qrupu Atlantik okeanındakı Bermud üçbucağı fenomeninə izah verə biləcək qeyri-adi, altıbucaqlı buludlar aşkar edib. Axar.az xəbər verir ki, ABŞ alimləri Florida, Bermud adaları və Puerto-Riko arasındakı 500 min kilometrlik ərazidə yerləşən Bermud üçbucağı fenomeninin sirrini çözüb.
Kolorado Ştatı Universitetinin meteoroloqu Stiv Millerin sözlərinə görə, bu ərazidə baş verən çoxsaylı, dəhşətli faciələrin səbəbi fəzadakı anomaniyalar ola bilər: “Yeni araşdırma göstərdi ki, Bermud üçbucağının üzərində altıbucaqlı buludlar mövcuddur. Onlar kosmosdan çəkilmiş fotolarda aydın görünsə də, mənşəyi hələ bəlli deyil. Ola bilsin ki, bu qəribə formalı buludların yaranmasına səbəb fəzada baş verən qısamüddətli külək şiddətidir”.
Alimlər bu külə şiddətini bomba partlamasına bənzədir. Bu anomal buludların hesabına yerə istiqamətlənmiş güclü külək həmlələri yaranır. Onlar okeanın səthinə təsir göstərərək 40 metr hündürlüyündə dalğalar əmələ gətirir və bu dalğalar da istənilən gəmini məhv etmək iqtidarında olur.
Həmçinin, bu buludlar səmada turbulentlik yaradır ki, bu da öz növbəsində təyyarələr üçün ölümcül təhlükəyə səbəb olur. Külək həmlələrinin gücü elə böyükdür ki, onlar istənilən təyyarəni okean sularına qərq etməyə qadirdir. Alimlərin fikrincə, bu buludlar adətən sabit həndəsi fiqur formasında və ya düzbucaq şəklində olmur. Hazırda meteoroloqlar belə anomaliyaları meydana gətirən amilləri araşdırmaq niyyətindədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=80059

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728