Başına milyonlar qoyulan FETOçular: Kimlər var kimlər…İNANILMAZ SİYAHI

27.10.2016 - 08:29

rr15 iyul çevriliş cəhdindən sonra FETO ilə mübarizə tədbirləri çərçivəsində əməliyyatları sürətləndirən Türkiyə Daxili İşlər Nazirliyi axtarışda olan FETO tərəfadarlarının siyahısını yeniləyib. A24.az xəbər verir ki, çevriliş cəhdini təşkil etdiyi deyilən və “Hava Qüvvələri İmamı”olduğu iddia olunan fətullahçı Adil Öksüzün yeri haqqında məlumat verən şəxs üçün 4 milyon türk lirəsi (2milyon 104min manat) ödəniləcəyi vəd edilib.

Öksüz ilə bərabər daha 7 nəfərində olduğu siyahıya Akın İpək və Zəkəriya Öz Gri də əlavə olunub.  Öz və İpək üçün 750 min TL (397min500 man) mükafət təyin edilib.

FETO-nun qırmızı siyahısı:

Abdullah Aymaz; Fətullah Gülənin ikinci adamı olduğu deyilən yazar.

Ahmet Kara; Paralel quruluşun İstanbul imamı olduğu iddia edilir.

İsmail Büyükçelebi; Fuat Avni hesabını idarə etdiyi iddia edilən şəxslərdən biri və FETO-nun 12 böyük imamından biri olduğu irəli sürülür.

Mehmet Ali Şengül; Güləndən sonra təşkilatın başına keçəcəyi deyilən adamlardan biri.

Mehmet Erdoğan Tüzün; Təşkilatın ən ali instansiyası olan təyin və məşvərət heyətində yer aldığı irəli sürülür.

Mustafa Özcan; FETO-nun pul kassalarından biri və təşkilat içində Gülənə yaxın bir neçə addan biri olduğu iddia edilir. Keçmişdə “Kaynak Holdinq”in rəhbəri olub.

Naci Tosun; FETO-nun  maliyyəçisi kimi çalışdığı iddia edilir. “Kaynak Holdinq”in idarə heyətinin sədri olub.

Adil Öksüz; 15 İyul çevriliş planını Fetullah Gülənə təqdim etdiyi və təsdiq olunduqdan sonra həyata keçirdiyi iddia edilən və FETO -nun “hava qüvvələri imamı” olduğu deyilən şəxs.

https://i0.wp.com/a24.az/files/uploads/2016/10/liste1.jpg?resize=500%2C665

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=80255

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930