Putinin Yaxın Şərq üçün istədiyi “Marşal planı” – TƏFƏRRÜAT

27.10.2016 - 23:27

putinaBu gün Rusiya Prezidenti Vladimir Putin Soçidə Yaxın Şərq böhranı ilə bağlı çıxış edərkən “Marşal planı”nı gündəmə gətirib. Axar.az xəbər verir ki, Putinin Yaxın Şərqin böhrandan çıxması üçün təklif etdiyi “Marşal planı” ABŞ-ın o dövrkü dövlət katibi Corc Marşala aiddir.
1947-ci il iyunun 5-də ABŞ Dövlət katibi Corc Marşal Harvard Universitetindəki çıxışında sonradan “Marşal planı” kimi məşhurlaşan planın konturlarını təqdim etmişdi. Həmin plana əsasən, müharibədən yenicə çıxan və ağır iqtisadi durumda olan Avropaya böyük miqdarda dəstək nəzərdə tutulurdu. Bu plana uyğun olaraq, Birləşmiş Ştatlar Avropa dövlətlərinə 20 milyard dollarlıq yardım (həmin dövr üçün bu, çox böyük məbləğ sayılırdı) təklif etdi. Ancaq bir şərtlə ki, Avropa dövlətləri bu yardımdan istifadəni çevik, planlı, həm də müştərək şəkildə həyata keçirsinlər. Avropa dövlətləri ilk dəfə idi ki, bir-biri ilə sıx şəkildə əməkdaşlıq qurmaqla, vahid iqtisadi qurum kimi fəaliyyət göstərəcəkdilər. Marşal həm də Sovet İttifaqına, eləcə də onun Şərqi Avropadakı müttəfiqlərinə də yardım təklif etmişdi. Fəqət, Stalin bu proqramın bir oyun olduğunu düşünərək, ondan imtina etmişdi.
Marşal planı ABŞ iqtisadiyyatına da xeyir gətirdi. Çünki Avropa dövlətlərinə yardım şəklində ayrılan pullar məhz Birləşmiş Ştatlarda istehsal olunan məhsulların alınmasına xərclənməliydi və həmin məhsullar amerikan ticarət gəmilərində Atlantik okeanın o tayından bu tayına daşınmalı idi.
Bu plan həqiqətən öz işini görüb. Artıq 1953-cü ilə qədər Birləşmiş Ştatlar Avropa iqtisadiyyatına 13 milyard dollar köçürmüşdü, elə bununla da Avropa iqtisadiyyatı dirçəlmiş oldu. Marşal planı Avropanın sonradan iqtisadi-siyasi birliyində də təməl rolunu oynadı.
ABŞ belə bir planı irəli sürməklə, Avropanı və dolayısı ilə dünyanı iqtisadi xaosdan və bu xaosun doğura biləcəyi siyasi-hərbi fəlakətlərdən qorumağı hədəfləmişdi. Marşal planı doğrudan da bu hədəflərə çatdı. Putin hazırda Yaxın Şərqə güc yolu ilə deyil, böyük yardımlarla daxil olmağı tövsiyyə edir, Yaxın Şərqin iqtisadi birliyinə və dünya iqtisadiyyatının bir parçasına çevrilməsinə yönəli növbəti “Marşal planı”na ehtiyac olduğunu bildirir.

Short URL: http://www.cumhuriyyet.net/?p=80389

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728