Kremlin keçmiş mətbuat naziri “alkoqoldan ölüb”

29.10.2016 - 10:04

1029740784ABŞ-ın hakimiyyət orqanları Kremlin keçmiş media rəhbəri Mixail Lesinin ölümünün bədbəxt hadisə olduğu nəticəsinə gəlib.

Yekun rəyində deyilir ki, bu ölümdə ‘kəskin’ alkoqol zəhərlənməsi səbəb faktoru olub və bir ildən çox davam edən təhqiqat bağlı elan edilib.

Federal prokurorluğun oktyabrın 28-də açıqlanmış rəyində deyilir ki, 57 yaşlı Lesin 2015-ci il, noyabrın 4-də Vaşinqton otelində bir neçə gün bərk içməsi səbəbilə ‘yıxılmalar’ nəticəsində aldığı bədən xəsarətlərindən vəfat edib.

Vladimir Putin hakimiyyətinin keçmiş mətbuat naziri Lesin ötən il noyabrın 5-də Vaşinqtondakı Dupont Circle otelində ölü tapılmışdı.

Lesin Vladimir Putinin birinci prezidentlik müddətində mətbuat naziri olmuşdu

Onun ölümü mərhumun həmin vaxt Vaşinqtonda nə etməsi barədə çoxsaylı suallar doğurmuş və şayiələrə səbəb olmuşdu.

Lesinin ailəsi onun ölümündən bir neçə il əvvəldən başlayaraq Kaliforniyada yaşayırdı. Lesin qüdrətli Gazprom Medianın rəhbəri kimi çalışdığı zaman, 2013-cü ildəKremllə münasibətlrəi korlanmış və o ictimai həyatdan uzaqlaşmışdı.

Çirkli pul iddiaları

2014-cü ildə ABŞ konqresmenlərindən biri federal hakimiyyət orqanlarının Lesinin fəaliyyətini araşdırması üçün müraciət etmişdi. Belə şübhələr var idi ki, o çirkli pullarını bahalı Kaliforniya mülkiyyəti vasitəsi ilə yuyub.

Elə 2014-cü ildə ABŞ baş prokurorunun müavini Peter Kadzik Lesinin işinin FTB-nin cinayət axtarışı departamentinə verildiyini açıqlamışdı.

Mətbuat naziri olduğu vaxtlarda, yəni Putinin birinci prezidentliyi dövründə Lesin Kremlin media üzərindəki nəzarətinin bərqərar olunmasında aparıcı rol oynamışdı.

O həmçinin Kremlin nəzarətində olan Russia Today xəbər şəbəkəsinin yaradılmasında iştirak etmişdi.

Xəbər verilir ki, polis Lesinin ölümündən dərhal sonra bu hadisənin qətl yox, təbii ölüm kimi araşdırıldığını bildirmişdi.

Lakin ölüm hadisəsindən 4 ay sonra, tibb eksperti bildirmişdi ki, Lesinin bədənində və başında çoxsaylı küt zərbə izləri aşkarlanıb.

Bu, Lesinin hər hansı dava-dalaş nəticəsində öldürüldüyü barədə şayiələrə yol açmışdı.

Lakin göründüyü kimi, oktyabrın 28-də ABŞ prokurorluğu tərəfindən verilmiş açıqlamada Lesinin alkoqolun təsirindən yıxıldığı və xəsarətlər aldığı bildirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=80517

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728