Sarkisyan baş nazir olacaq
Ermənistan prezidenti Serj Sarkisyanın (Serzh Sarkisianın) baş nazir olacağı istisna edilmir.
Hakim koalisiyaya daxil olan “Daşnaksutyun” partiyasının parlamentdəki fraksiyasının rəhbəri Armen Rustamyan AzadlıqRadiosunun Erməni xidmətinə müsahibəsində deyib ki, adətən bu ölkədə bir şey deyir, sonra isə başqa şey edirlər, ona görə də 2017-ci il parlament seçkisindən sonra heç nə istisna deyil.
Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan təxminən 2 il əvvəl rəsmi şəkildə bəyan edib ki, ölkənin parlament idarəçiliyi sisteminə keçəcəyi halda baş nazirlik uğrunda mübarizə aparmayacaq və bir nəfər 2 dəfədən artıq ölkənin başında dura bilməz.
Amma Sarkisyan indi-konstitusiya dəyişikliyindən sonra bunun mümkünlüyünü istisna eləmir.
O, ötən həftə “Əl-Cəzirə” televiziyasına müsahibəsində deyib ki, onun bu vəzifəyə təyinatı hakim “Respublika”partiyasının gələn yaz keçiriləcək parlament seçkisində qazanacağı səslərin sayından aslı olacaq.
Ölkənin parlament idarəçiliyi sisteminə keçməsini “Daşnakstyun” partiyası da dəstəkləyib.
Partiyanın parlamentdəki fraksiyasının rəhbəri Armen Rustamyan, Sarkisyanın bu sistemə keçməklə hakimiyyətdə qalmaq imkanı qazanması ilə razı deyil.
Armen Rustamyan
O deyir ki, əsas seçkinin necə keçməsidir və əgər heç kim onun nəticələrinə şübhə etməsə, onda Sarkisyanın hakimiyyətdə qalıb-qalmaması heç kimi narahat etməyəcək.
Sarkisyanın baş nazir olacağına gəldikdə isə Rustamyan deyib: ” Bizim heç vaxt konkret şəxslərlə problemimiz olmayıb.Məqsədimiz normal və ədalətli sistem yaratmaqdır, bunu da edirik. Seçki sistemini dəyişdik və əminəm ki, görünməmiş seçki keçiriləcək.Bu mənada bizim hakimiyyəti qan tökməklə yox, seçki yolu ilə dəyişmək imkanımız var. Bu əsas məsələlərdən biridir.
O ki, qaldı Sarkisyanın gələcək statusuna, onun indiki qədər səlahiyyəti olmayacaq.Bunu hələ ki, çoxları başa düşməyib, amma düşəcək”, deyə o bildirib.
Müxalifətdə olan “Ermənistan milli konqresi” isə Sarkisyanın bəyanatından təəccüblənmir.
Levon Zurabian
Pariyanın parlamentdəki fraksiyasının rəhbəri Levon Zurabyan deyir ki, onlara əvvəldən bəllidir ki, kontitusiyanı Sarkisyanın hakimiyyətini uzatmaq üçün dəyişirlər.
Hakim “Respublika” partiyası isə 2017-ci il parlament seçkilərini gözləməyə çağırır.
Partiyanın parlamentdəki fraksiyasının rəhbəri Baqram Baqdasaryan (Vahram Bagdasarian) deyir ki, indi havada olan məsələdən danışırıq və əgər indi baş nazir məsələsindən danışsalar belə çıxacaq ki, partiya artıq qarşıdan gələn seçkilərdə qalib gəlib.
Sarkisyanın son bəyanatına gəldikdə isə Baqdasaryan deyib ki, o yalnız vaxtı çatmamış məsələdən danışmaq istəmədiyini nəzərdə tutub və prezident həmişə sözünün üstündə durub.
Vahram Baghdasarian
Müxbirin, belə çıxır ki, Sarkisyan baş nazir olmayacaq sualına gəldikdə isə Baqdasaryan deyib ki, mən yalnız deyirəm ki, bu barədə danışmaq hələ ki, tezdir, preziden bu məsələyə münasibət bildirib və bildirəcək.
Hadisələrin siyasi inkişafından aslı olaraq prezidentin bəyanatının dəyişməsinin mümkünlüyünə gəldikdə isə Baqdasaryan deyib ki, prezidentin bəyanatlarında dəyişiklik olmur, siyasi inkişaflar isə davam edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=80775