İrəvan metrosuna su doldu – Fotolar

02.11.2016 - 01:25

rrNoyabrın ilk günü Ermənistanın paytaxtına qar yağıb. Bu səbəbdən İrəvan da daxil olmaqla Ermənistanın bir sıra regionlarındakı yollarda nəqliyyatın hərəkəti iflis hala düşüb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, daha sonra işğalçı ölkənin paytaxtında şiddətli yağışın yağması yollarda keçilməz göllərin yaranmasına səbəb olub. Leysan yağış İrəvan metrosunun da ayıblarını üzə çıxarıb. Belə ki, İrəvan küçələrindən axan sel-su tavandan süzülərək “Zoravar Andranik” metrostansiyasına da dolub. Vəziyyətin dözülməzliyi barədə danışan sərnişinlər bildirib ki, səhər saatlarından metronun içinə “yağan” yağışı dayandırmaq mümkün olmayıb.
“Bayırda necə yağırsa, metronun içinə də tavandan elə damır”, şahidlərdən biri söyləyib. Gizlin çəkilmiş fotolardan da görünür ki, metropoliten işçiləri yağış sularının axdığı yerə iri vannalar düzüb. Onsuz da acınacaqlı vəziyyətdə olan Ermənistan yəqin ki, bundan sonra İrəvan metrostansiyalarını təmir üçün dilənməyə başlayacaq. Maraqlısı budur ki, Ermənistanın yeni hökuməti elə bu gün əhaliyə yekə-yekə vədlər vermişdi. Ekspertlər təcili tədbirlər görülməyəcəyi halda, düşmən ölkədə yenidən davamlı etiraz aksiyalarına start veriləcəyini istisna etmirlər.


Short URL: http://www.cumhuriyyet.net/?p=80839

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930