Turqut Özalın qardaşı öldü

02.11.2016 - 11:42

13Türkiyənin 8-ci prezidenti Turqut Özalın qardaşı Qorqud Özal 87 yaşında vəfat edib.

Özalın cənazəsi noyabrın 4-də İstanbulda torpağa tapşırılacaq.

Q.Özal 29 may 1929-cu ildə Malatyada anadan olub.

İTİ İnşaat Fakültəsində yüksək təhsilini tamamladıqdan sonra 1956 və 1957 illəri arasında ABŞ-da təhsilini davam etdirib.

1973 ilə 1977-ci illərdə iki dəfə Ərzurum millət vəkili seçilən Özal 1974-də CHP-MSP koalisiya hökumətində və 1975-də qurulan I Milliyyətçi Cəbhə Hökumətində qida əkinçilik və heyvandarlıq naziri, 1977-dəki II Milliyyətçi Cəbhə Hökumətində daxili işlər naziri vəzifəsini tutub.

12 Sentyabr 1980-ci il çevrilişindən sonra siyasətdən getdiyini açıqlasa da, qardaşı Turqut Özalın ölümündən sonra yenidən fəaliyyətini davam etdirib.

O, Ana vətən Partiyasında 1995-ci il seçkilərində İstanbul millət vəkili seçilib. Bu müddətdə Özal Türkiyə Böyük Millət Məclisi Daxili İşlər Komissiyasının rəhbəri çalışıb.

13 Avqust 1997-ci ildə partiyadan istefa verən Özal yenidən qurulmuş Demokrat Partiyaya keçib, 28 sentyabr 1997-ci ildə isə partiya sədri seçilib. 22 mart 2001-ci ildə Demokrat Partiya sədrliyindən gedib.

Short URL: http://www.cumhuriyyet.net/?p=80878

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728