Ardanın əsgərlərə hədiyyəsi geri qaytarıldı

04.11.2016 - 16:05

arda-turanin-qizdiricilari“Barselona” klubunun türkiyəli futbolçusu Arda Turanın Van vilayətinin Özalp rayonunda xidmət edən əsgərlərə istilik batereyaları göndərməsi barədə məlumat vermişdik.

Bu hadisədən sonra Türkiyə Silahlı Qüvvələrində araşdırma başlanıb, istilik batereyalarının Ardaya geri göndərilməsi barədə tapşırıq verilib.

Məlumata görə, sözügedən ərazidə yerləşən sərhəd zastavası 2011-ci ildə tam təmir olunub və əsgərlərin şəraiti ilə bağlı heç bir problem yoxdur.

Türkiyə Müdafiə Nazirliyindən verilən məlumata görə, iki generatordan əlavə, zastava mərkəzi istilik sistemi ilə təmin olunub.

Növbətçi postlarda isə əsgərlərin qızınması üçün yağlı radiatorlardan istifadə olunur. Ardanın göndərdiyi infraqırmızı istilik batereyalar isə işıq saçdığından postlarda növbə çəkən əsgərlərin təhlükəsizliyi baxımından yararsız hesab olunub.

Xatırladaq ki, sərhədçilər Arda Turanın İnstaqram hesabına mesaj yazaraq üşüdüklərini, qızdırıcıya ehtiyacı olduğunu bildirmişdilər. Mesaja dərhal reaksiya verən ulduz futbolçu lazımi istilik batareyalarının Vana göndərilməsini təşkil edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=81111

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930