Ankara və İstanbulda etirazlar başladı

04.11.2016 - 16:26

1478261435Türkiyənin Ankara və İstanbul şəhərlərində HDP-çilərin həbsinə etiraz etmək üçün aksiyalar təşkil olunub.

Kürd partiyasına yaxın Ankara Əmək və Demokratik Qüvvələri adlı həmkarlar ittifaqı paytaxtın Yüksəl küçəsinə toplaşıb. İnsan Haqları heykəli önündə toplaşan HDP tərəfdarları dövlət əleyhinə şüarlar səsləndiriblər. Ankara Valiliyi 30 noyabra qədər paytaxtda toplantı, mitinq, etiraz nümayişi keçirməyi qadağan etdiyindən polis nümayişi dağıdıb.

HDP-çilərin həbsinə etiraz etmək üçün İstanbulun Əsənyurd meydanında da aksiya təşkil olunub. Təxminən 100 nəfərlik qrup günorta saatlarında meydanda nümayiş keçirmək istəsə də, polis buna imkan verməyib.

Hər iki etiraz aksiyasında həbs edilən olmayıb.(Axar.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=81121

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728