Türkiyə-Rusiya müharibəsini başladacaq plan DE-ŞİFRƏ OLDU

05.11.2016 - 11:33

p-eTürkiyəyə Rusiya istehsalı olan RPG-29 minaatan və 3 raket keçirən şəxs saxlanılıb.

Bu ilin mart ayında Adanada polislər tərəfindən saxlanılan avtomobildə rus istehsalı minaatan və digər silah-sursat tapılıb. Avtomobildə olan iki qadın və bir kişi saxlanılıb. Aparılan araşdırmalar nəticəsində daha 11 nəfər həbs olunub.

Polis əməkdaşları minaatanların üzərində tapdığı barmaq izlərinin Suriyada YPG (PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı) üzvü Abdulhamit Ahmet Hasekiyə məxsus olduğunu aşkarlayıb. Uzun müddət aparılan axtarışlardan sonra, Adanaya anasını ziyarət etmək üçün gələn Ahmet Haseki həbs olunub.

Məlumatlara görə, rus istehsalı silahların Türkiyəyə keçirilməsində məqsəd bu silahlar vasitəsilə hücumlar təşkil etmək və Ankara-Moskva münasibətlərini gərginləşdirmək olub.

Qeyd edək ki, Türkiyə-Suriya sərhədində Rusiya təyyarəsinin vurulmasından sonra iki ölkənin münasibətləri müharibə həddinə çatmışdı. Lakin avqust ayında 9 aylıq gərginlikdən sonra tərəflər masa ətrafına əyləşərək, dost münasibətləri yenidən bərpa edib.(Publika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=81170

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930