Rusiyadan şok: “Su-24-ü Türkiyədə ABŞ vurub”

07.11.2016 - 10:34

1478499864Rusiya Prezident Administrasiyasına yaxın Strateji Araşdırmalar İnstitutunun prezidenti Leonid Reşetnikov Türkiyə ilə bağlı sensasiyalı açıqlama verib. Keçmiş kəşfiyyatçı ötən ilin noyabrında böyük qalmaqala səbəb olan Su-24 təyyarəsinin ABŞ tərəfindən vurulduğunu iddia edib.

Reşetnikov gələcəkdə bu tip təxribatların baş verməsini istisna etməyib:

“Rusiya təyyarəsini vurulmasında iştirak edənlər Ərdoğanın düşmənləri idi. Onlar əmrləri ABŞ-dan alıb. Əlimizdə İncirlikdəki ABŞ əsgərlərinin bu hadisədə iştirakını sübut edən dəlillər var.

Türk həmkarlarımıza bu mövzuda xəbərdarlıq etmək istəyirəm. Yeni təxribatlar ola bilər. Çünki Türkiyə ilə Rusiyanın yenidən yaxınlaşması Qərbi ciddi narahat edir.

Təyyarənin vurulması ilə 15 iyul dövlət çevrilişi arasında gizli bağlantı var. Rusiya olaraq biz bunu araşdırmışıq. Hər iki hadisənin arxasında Ərdoğanı iqtidardan uzaqlaşdırmaq vardı”.

Qeyd edək ki, Leonid Reşetnikov 33 il (1976-2009) Rusiya Xarici Kəşfiyyat Xidmətində çalışıb. O, 2000-ci illərin əvvəllərində Rusiyada Gülən camaatına qarşı aparılan əməliyyatların əsas təşkilatçısı olub.(Axar.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=81258

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728