Ronaldonun maaşı açıqlandı
“Real Madrid” klubunun Kriştiano Ronaldo ilə imzaladığı yeni müqavilənin maddi şərtləri məlum olub.
Portuqaliyalı ulduz vergiləri çıxmaqla ildə 23,6 milyon avro qazanacaq.
Qeyd edək ki, dünən Ronaldo ilə Madrid təmsilçisi arasındakı müqavilə 30 iyun 2021-ci ilə qədər uzadılıb. Bununla da Ronaldonun qarşıdan gələn 5 ildə təkcə klubdan qazancı 118 milyon avro olacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=81433