Əhməd Hafiz öldürüldü
İraq Federal Polisi Mosulun cənubunda hərbi əməliyyatlar keçirib.
Qarşıdurmalarda İŞİD-in 40 üzvü öldürülüb. Zərərsizləşdirilən terrorçular arasında Əhməd Hafiz adlı təşkilat lideri də olub.
İraq ordusunun nümayəndəsi Raid Cövdət verdiyi açıqlamada Əl-Seyf qəsəbəsinin terrorçulardan təmizləndiyini deyib. Əməliyyatlarda hərbi hava qüvvələrinin döyüş təyyarələri də iştirak edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=81483