Əcəvit Güləni prezident edəcəkdi – Gizli hesabat

10.11.2016 - 11:15

1478761703Ankara polis idarəsinin keçmiş rəisi Cövdət Saral 15 iyul dövlət çevrilişinə cəhdi araşdıran Məclis Araşdırma Komissiyasına ifadə verib.

Saral 1999-cu ildə Gülənlə bağlı hesabat hazırladığını, hərəkat rəhbərinin yayımlanmış kitab və disklərini araşdırdığını deyib.

Saral hazırladığı hesabatı təqdim etdikdən 3 gün sonra Gülənin ABŞ-a qaçdığını bildirib:

“Ölkəni tərki etməsinin əsas səbəbi hazırladığımız hesabata dövlətin verəcəyi reaksiyanı öncədən təxmin edə bilməməsi idi. Çünki hesabatımızda dövləti son dərəcə təhlükəli gördüyümüz bu hərəkata qarşı vaxt itirmədən mübarizəyə çağırmışdıq.

Gülən 2000-ci illərdə ölkəni tamamilə ələ keçirməyə çalışırdı. Həmin dövrdə Baş Qərargahın general-leytenantı Rəşad Turqut ilə bir söhbətimiz oldu. General hazırladığımız hesabatın işə yaradığını dedi. “Paşam, bizim heç işimizə yaramadı, bu necə ola bilər”, – soruşdum. O isə cavabında “Əgər hesabat əlimizdə olmasaydı, Əcəvit Fətullahı prezident edəcəkdi”. “Paşam, bu ki, mümkün deyil! Adam orta məktəbi belə bitirməyib, Əcəvit onu necə prezident edəcək”, – sualıma isə belə cavab verdi: “Onlar asanlıqla yoluna qoyulan işlərdir”.

Baş Qərargahda hələ o vaxtdan Gülənə tabe olan və olmayan iki cəbhə varmış. Hörmətli Ərbakana “Sən bu işi bacarmırsan, iqtidarı tərk et”, – deyən də Gülən olub. Əlbəttə, Əcəviti müdafiə etmək olar. O, incə ruhlu adam idi və camaat bundan istifadə etməyə çalışıb”.

Short URL: http://www.cumhuriyyet.net/?p=81549

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728