Tramp istedadlı insandır – Araz Ağalarov

77280108
Rusiyada yaşayan azərbaycanlı biznesmen, Crocus Group-un rəhbəri Araz Ağalarov Rossiya-24 televiziya kanalına müsahibəsində Donald Trump-ın ABŞ prezidenti seçkilərində qazandığı qələbəyə öz münasibətini bildirib:
“Mənim üçün gözlənilməz o oldu ki, bütün KİV-lərin və hakimiyyətin ona qarşı sərt mövqeyinə baxmayaraq, o bu maneələri aradan qaldırmağı bacararaq prezident ola bildi.
O qeyri-adi bir insandır və Birləşmiş Ştatların prezidenti olmağına layiqdir. Axı biznes, əgər sən, xüsusilə də Donald Trump-ın məşğul olduğu bizneslə məşğulsanda daim kompromis deməkdir.
1991-ci ildə o müflis olmuşdu, özünü müflis elan etmişdi, daha doğrusu onu müflis etmişdilər. Amma o bu vəziyyətdən çıxa bildi. Məncə bu böyük bacarıqdır.
Çox az sayda biznesmen belə vəziyyətdən çıxmağa özündə güc tapa bilir. Xüsusilə də maliyyə intizamının sərt olduğu ABŞ-da.
Siyasət də tapılması lazım olan kompromislər sistemidir. Onu işə başladığı ilk günlərdən izləyəcəklər, çünki o adi səhmdar cəmiyyətinin və ya bir kooperativin prezidenti seçilməyib.
O ABŞ prezidentidir, orada isə öz iqtisadi və siyasi maraqlarını güdən çox sayda dairələr mövcuddur. Onun üçün bir çox yollar açıqdır, amma o özünün düzgün saydığı istiqaməti tapmalıdır.
Həm siyasətdə, həm də biznesdə heç bir insanın xasiyyəti dəyişmir. Əgər insan istedadlıdırsa, o fizik, həkim, siyasətçi kimi – istədiyi hər bir şeyə nail ola bilər. Mən Trump-ı olduqca istedadlı insan hesab edirəm.
Bəlkə də o bunu (Rusiyaya qarşı sanksiyaları qaldırmaq) etmək istəyir, mən demək olar, əminəm o bunu istəyir.
2013-cü ildə o burda işgüzar səfərdə olanda biz bu barədə onunla danışmışdıq. Onda bizim ölkəyə (Rusiyaya) çox müsbət duyğular var, lakin bunun gələcəkdə necə inkişaf etməsini indidən demək çox çətindir.”(BBC)
Short URL: http://www.cumhuriyyet.net/?p=81562