Hillari Bill Klintondan ayrılır – FOTO
ABŞ prezidentliyinə Demokratlar Partiyasının sabiq namizədi Hillari Klinton həyat yoldaşı Bill Klintonla boşanmaq qərarına gəlib.
Bu iddia ilə “Kristian Tamys” nəşri çıxış edib.
Verilən məlumata görə, Klinton 1975-ci ildən nikahda olduğu ABŞ-ın keçmiş prezidenti Bill Klintonla ayrılmaq qərarına Donald Trampın qələbəsindən 1 sutka sonra gəlib.
Xanım siyasətçi noyabr ayının 10-da öz vəkilinə boşanmaq istəyi ilə bağlı müraciət edib.
Qeyd edək ki, Klintonlar KİV-də işıq sürəti ilə yayılan bu xəbərə rəy verməkdən boyun qaçırır.(Axar.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=81792