Eks-prezident edamdan qurtuldu
Misirin Apellyasiya məhkəməsi devrilmiş prezident Məhəmməd Mursi barədə məhkəmənin çıxardığı edam qərarını ləğv edib.
Məhkəmə 65 yaşlı siyasətçiyə elan olunmuş ittiham aktı üzrə yenidən araşdırma aparılması barədə qərar qəbul edib.
Qeyd edək ki, Mursi 25 yanvar 2011-ci ildə prezident Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən xalq hərəkatı zamanı 11 həbsxana və polis idarəsinə hücum təşkil etməkdə günahlandırılıb.
Sözügedən cinatə işi üzrə 25 nəfər həbs olunub, 106 nəfər axtarışa verilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=81921