“Ac Ermənistanda 60 milyonçu var”

15.11.2016 - 17:32

5660d4198b7c1a4c534f09e862dd0401Əhalinin aclıq çəkdiyi Ermənistanda onlarla milyonçu var, dövlət isə kasıblardan min dram tələb edir.

Bunu parlamentdə Erməni milli konqresinin fraksiyasının katibi Aram Manukyan ölən və əlil olan hərbçilərin sığortalanmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı bəyan edib.

Bu məqsədlə Ermənistanda hər işləyən adamın əmək haqqından min dram saxlanılması nəzərdə tutulur. Layihə qəbul olunsa, 2017-ci il yanvarın 28-dən qüvvəyə minəcək.

“Müxtəlif dəyərləndirmələrə görə, Ermənistanda ildə 1 milyarddan 1,5 milyard dollara qədər pul “qara yolla” çıxarılır. Ermənistanda 5 milyarder, təkcə parlamentin zalında isə 60 milyonçu var. Amma belə ölkədə qanuni yolla tez varlanmırlar”, – Manukyan vurğulayıb.

Onun fikrincə, məgər ali baş komandan onları bir yerə yığıb bunu deyə bilməz: “Vəziyyət pisdir – siz nəyisə öz öhdənizə götürün. Məgər onlara çətin olacaq? Çətindir. Ona görə ki, onları özündən ayırmaq çətindir”, – deputat bəyan edib.(Modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=81938

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31