Lənkəranskinin varisinə Rusiyadan – Şok qadağa

16.11.2016 - 11:05

12quRusiya hüquq mühafizə orqanları İtaliyanın Bari şəhərində məskunlaşan kriminal avtoritet Merab Canqvaladzeylə (“Suxumski”) görüşüblər.

Rus polisi “Merab Suxumski”yə onun Rusiya vətəndaşlığından azad edilməsi barədə qərarı təqdim ediblər. Qərarda onun ömürlük Rusiyaya gəlməsi də qadağan olunub.

Qanuni oğru qərara imza atsa da, öz növbəsində məhkəməyə müraciət edəcəyini bildirib. Baridə ev dustaqlığında olan “Suxumski” rusları müşayiət edən yerli polisdən baş verənləri videoya köçürülməsini də istəyib və bu istək qəbul olunub.

Bu arada İtaliya hökuməti də “Suxumski”dən can qurtarmağın yollarını axtarır.  Amma onun hara ekstradisiya ediləcəyi hələ də qaranlıq qalıb.

Qeyd edək ki, Merab azərbaycanlı mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin varisi hesab olunur.(Lent.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=81961

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31