Müsəlman qızı hicab taxdığı üçün yandırmaq istədilər
ABŞ-ın Miçiqan universitetində təhsil alan müsəlman qız hicabı çıxarmayacağı təqdirdə yandırılacağı ilə hədələnib. A24.Az xəbər verir ki, universitet şəhərciyində ona yaxınlaşan naməlum kişi gənc qızı alışqanla hədələyərək hicabını çıxarmağı tələb edib.
Qız isə həmin oğlanın dediklərini məcburiyyət qarşısında edərək hadisə yerindən qaçıb. Şahidlərin sözlərinə görə, naməlum şəxs 20-30 yaşlarında bir kişi olub. Onun sərxoş təsiri bağışladığı deyilir.
Polis baş verən hadisə ilə bağlı araşdırma başladıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=81972