Müsəlmanların dünyaya bəxş etdiyi kəşflər: qələm, sabun, alqoritmlər və …

18.11.2016 - 12:29

rrMüsəlman mütəfəkkirlər müasir dövrdə həyat şəraitimizi yüksəldən bir çox elmi kəşlərin baniləridir. A24.az saytına istinadən sizə dünya elminin inkişafında əlahiddə yer tutan müsəlman alimlərin icadlarını təqdim edir.

Gözlərin işləmə prinsipi

Antik Yunanıstanda insanlar gözdən işıqların çıxdığını və bunun nəticəsində görə bildiyimizi düşünüblər. Dünyada ilk dəfə işığın gözün içinə girərək qırılması nəticəsində görə bildiyimizi kəşf edən alim X əsrdə yaşamış müsəlman  İbni Haytam olub.

a1

Mayelər

Maye məhlulların bir-birindən fərqli temperaturlarda qaynadığını bildirən ilk dəfə müsəlman elm adamı Jabir ibni Hayyan olub. Etdiyi təcrübələrlə o, müasir kimyanın yaradıcılarından hesab olunur.

a3

Şahmat

Şahmatın bugün bütün dünyada oynanılan versiyası ilk olaraq İranda kəşf olunub. Daha sonra Qərbə yayılıb. X əsrdə ispanlar Əməvilər sülaləsi vasitəsilə şahmatla tanış olublar.

a4

Uçmaq

“Vright qardaşları”nın uçuş cəhdindən 1000 il öncə, 852-ci ildə Abbas ibn Firnas adlı bir ərəb Kordovadakı “Ulu məscid”in minarəsindən taxta qanadlarla aşağı tullanıb. Abbad uçmağı bacaracağını düşünsə də, əlbəttə bunu bacarmayıb. Buna baxmayaraq, taxta qanadların yaratdığı paraşüt təsiri nəticəsində yerə zəif sürətlə düşüb. O, 875-ci ildə 70 yaşında olarkən ip və tükdən hazırlanmış qanadlarla uçmağa cəhd edib və 10 dəqiqə havada qalmağı bacarıb.

a5

Sabun

Xaçlı yürüşlərindəki xristian əsgərlərini görən müsəlmanları dəhşətə salan onların vəhşiliyi yox, anti-sanitariyası olub. Belə ki, Avropalıların çox nadir hallarda hamama girdiyini və çimdiyini görən yerlilər onlardan gələn pis iy səbəbi ilə çox narahat olublar. Təsadüfü deyildir ki, sabunun kəşfi də onların adı ilə bağlıdır.

a6

Mil sistemi

Düz hərəkəti dönən hərəkətə çevirən mil sistemi ilk dəfə müsəlman alim Əl-Ciziri tərəfindən yaradılıb. Bu sistem dünyadakı bütün mexaniki cihazların təməl daşlarından biri sayılır.

a0

 

Paltar

Paltarların astarı və astarın arasına dolğu əlavələrinin doldurulması Orta Şərqdə yaranmış bir icaddır. ss

Qəhvə

Rəvayətə görə, Cənubi Efiopiyanın Kaffa bölgəsində Xalid adlı bir ərəb çoban qoyunlarının bir bitkini yedikdən sonra canlandığını görüb. Xalid bu bitkini toplayıb və evdə qaynadaraq içib.

İlk olaraq gecələr oyanıb işləmək, ya da gecələr dua etmək istəyən sufi alimlər tərəfindən kəşf edildiyi ortaya çıxdığı təxmin edilən qəhvə 1645-ci ildə Venesiyaya aparılıb.

a8

Cərrahiyyə alətləri

Dünyada bu gün istifadə olunan bütün cərrahiyyə əməliyyatı alətlərinin dizaynı Əməvilər sülaləsindən olan Əl-Zehraviyə aiddir. Heyvan bağırsaqlardan düzətdiyi iplərlə birləşdirdiyi tikişlərin öz-özünə itdiyini də Zəhravi kəşf edib. a9

Yel dəyirmanı

Yel dəyirmanı ilk dəfə İranda yaradılıb və ərəb ölkələrinə də oradan gətirilib. Avropada ilk dəyirmanlar 500 il öncə istifadə edilməyə başlayıb.

s1

Peyvənd

Peyvənd də ilk dəfə islam dünyasında yaranıb. Xəstəliyə yaxalanmamaq üçün Avropada tətbiq edilən peyvəndlər onlardan 50 il öncə Osmanlıda istifadə edilib. Uşaqlar xəstəliyə qarşı pervəndlənib.

s2

Qələm 

İlk qələm 953-cü ildə əllərini mürəkkəblə kirlətməkdən bezən Misir sultanının istəyi üzrə icad edilib.

s3

Alqoritmlər

Alqoritmlər və triqonometriya da müsəlman dünyasından cahana yayılıb.

s4

Xalı

Avropaya xalılar müsəlman ölkələrindən daşınıb. Xalçaların toxunuşundakı metodlar bütünlüklə şərq ölkələrində götürülüb.

s5

Qiymətli kağızlar

Modern banklarda istifadə olunan qiymətli kağızlar ərəblərdə istifadə olunan və “sak” olaraq adlandırılan kağızdan olub. Ərəb dünyasında geniş yayılmış karvan soyğunlarının qarşısını almaq üçün insanlar mallarını kiçik kağızlarla satmağa başlayıb.

s6

Short URL: http://www.cumhuriyyet.net/?p=82204

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31