Türkiyədə AKP deputatlarından ŞOK QANUN: qadını zorlayan kişi həbs olunmayacaq

19.11.2016 - 00:19

akp1Türkiyə parlamentinin gündəliyinə çıxarılan yeni qanun layihəsi ölkədə birmənalı qarşılanmayıb. Əsasən AKP – dən olan dindar deputatların dəstək verdiyi qanun layihəsində bildirilir ki, əgər hansısa bir kişi qızı zorlasa və zorladıqdan sonra onunla ailə qursa bu halda həmin şəxs həbs olunmayacaq. Onlar bunu daha çox dini qanunlarla əsaslandırıblar.
İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov Moderator.az-a açıqlamasında məsələyə şərh verib: “Əvvəla qeyd edim ki, müasir dövrümüzdə müsəlmanlar yaşayan ölkələrdə hər ölkənin mədəni qanunları tətbiq olunur. Bu qanunlar həm qədimdən gələn adət-ənənələrdən, həm də islam mənbələrindən götürülmüşdür. Xüsusi ilə Türkiyə kimi modern ölkələrdə qanunlar əsasən beynəlxalq aləmdə tətbiq olunan qanunlardan götürülmüşdür. İslam dini gəldikdən sonra isə müəyyən qədər islama uyğunlaşdırılaraq dəyişik şəkildə qanunlar tətbiq edilmişdir. Bu qeyd olunan məsələdə çox incəliklər və hər ölkəyə xas olan incəliklər vardır. Bizim hansısa ölkədə tətbiq olunan yeni qanunlara aid həm bilgilərimiz azdır, həm də bizim digər ölkələrdə tətbiq olunan qanunlara qarışmaq ixtiyarımız yoxdur. Ancaq zinanın islam dini baxımındna bu gün Türkiyədə hansı hədd cəzası tətbiq olunması ilə bağlı bildiklərimizi qeyd edə bilərik. Bundan əvvəl zinanın islamda nə mənaya gəldiyini bilmək lazımdır. İslam hüququna görə günahların bir çox növləri vardır ki, bunlardan biri də namusa qarşı işlənən günahlardır. Bu günahlardan ən böyüyü zina etməkdir. Zina edən insan başqasının namusuna təcavüz etmiş olur. Bildiyimiz kimi islamda evlilik əqdində nikahın səhih (doğru) olmasının şərtlərindən qızın vəlisi olan, valideyni olan atasının nikaha icazə verməsidir. Bundan başqa islamda nikahın səhih olmasının şərtlərindən valideynlərin icazəsi, şahidlərin olması, nikahın elan edilməsi, düyün ziyafətinin verilməsi və.s. bir çox şərtlər vardır. Bunlar olduqda nikah səhih və etibarlı sayılır. Ancaq bu şərtlər olmadıqda islam hüququna görə cütlüklərin öz aralarında birləşməsi zina hesab edilir. İslam dini yeni təşəkkül edib yayılandan sonra zinanın qarşısın alınması üçün, namuslara qarşı təcavüzlərin qarşısının alınması üçün zina islam dinində qadağan olunmuş, zina edənin cəzalandırılması islamda ən ağır cəzalardan olmuşdur. Hətta xəlifələrin dövründə və sonrakı islamın yayıldığı ölkələrdə zina cəzası olaraq subaylara yüz şallaq vurulur, evlilər isə daş-qalaqla cəzalandırılırdı ki, belə bir günahı insanlar etməsinlər. İslam dini geniş ərazilərə yayıldıqdan sonra və müasir dövrümüzdə artıq zina edən üçün belə cəza növləri tətbiq olunmur. Həm də alimlər öz dövrlərinə uyğun olaraq buna ehtiyacın olmadığını bildirmıişlər. Qurani – Kərimdə zina edənlərin cəzalandırılması haqqında belə buyrulur: “Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun” (Bu, subay kişiyə və ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə onların cəzası daşqalaq edilməkdir), (Qurani Kərim, Nur surəsi 2-ci ayə). Əlbəttə bildiyimiz kimi bu gün bir çox müsəlmanların çox yaşadığı ölkələrdə zina cəzası olaraq heç kim daş-qalaq olunmur və cəzalandırılmır. Çünki, bu gün islam dini elmi şəkildə yayılır, yaşanır və hər ölkənin öz adət-ənənələrinə uyğun şəkildə islam dininin ayinləri icra olunur. Türkiyə kimi bir çox ölkələrdə islamın mədəni qanunlarına riayət olunur. Xüsusi ilə adından da bildiyimiz kimi Türkiyə Mədəni Qanununda 161-ci maddə zinaya aiddir. Həmin maddəyə əsasən zina edən iki tərəfdən biri, yəni ya ər və ya arvad digər tərəfi məhkəməyə verərək boşanma tələb edə bilər. Bu o deməkdir ki, boşanmaq hər iki tərəfdən biri üçün elə ən böyük cəza hesab edilir. Əlbəttə Allah təala da Qurani Kərimdə boşanmağa icazə vermişdir. Boşanma da ancaq çox ciddi səbəblər baş verdikdə olur. Məhz zina etmək də boşanmaq üçün ən böyük səbəbdir. Türkiyə Mədəni Qanununun 161-ci maddəsində olan “zina”nın boşanmağa səbəb olması üçün zinanı evli bir kişinin həyat yoldaşından başqa digər qadınla, evli bir qadının isə öz ərindən başqa digər bir kişi ilə cinsi əlaqədə olduğu zaman təsbit edilir. Buna görə də qadın və ya kişinin əməlinin zina olaraq qəbul edilməsi üçün şərt budur ki, cütlüklər evli olmalıdırlar. Çünki, zinanın tərifi budur ki, bu açıq-aşkar edilsin və bunun edilmisinin şahidləri olsun. Əgər belə bir hal yoxdursa heç ümumiyyətlə zina edilmiş sayılmır. Subayların zina edilməsi halında isə məhkəməyə verilə bilər. Bütünlüklə bu mövzunun əhatəsi böyükdür. Çünki, gənc oğlan və qız birlikə evlənmək üçün nişanlana bilərlər, belə halda bir tərəf digər tərəfi aldada bilər. Ümumiyyətlə bu məsələdə çox detallar vardır və hamısını burada açıqlamaq mümkün deyildir. O ki, qaldı əgər siz qeyd etiyiniz bir gənc oğlan bir qadına təcavüz edərsə belə halda Türkiyə parlamentinə verilən təklif ki, təcavüz edən şəxs həbs olunmasın, məhz təcavüzə məruz qalan qadını almaqla cəzalandırılsın. Belə halda “zorlanma” ifadəsinə diqqət etməliyik. Çünki, “zorlanma” odur ki, qızın istəyi olmadan oğlan ona təcavüz etsin, belə halda həmin oğlan islam dininə görə əlbəttə zina etmiş sayılır və islam hüququnda ona düşən cəza yüz şallaqdır. Ancaq belə cəza tətbiq edilsə onda zina da çoxalar. Deməli, əgər oğlan qıza təcavüz edərsə onun üçün daha böyük cəza istəmək lazımdır ki, belə günahlar təkrarlanmasın. Bu gün belə cinayət işlədənlərə ən ağır cəzalar verilməlidir ki, digərləri üçün dərs olsun. Belə olsa insanlar, nəsillər qorunmuş olar. Belə hal Allahın peyğəmbərinin dövründə də baş verib. Mənbələrdə bildirilir ki, bir gənc Allah Rəsulunun yanına gəlir və xoşuna gəldiyi bir qadını öpdüyünü deyir, Peyğəmbərimiz də ona zina həddi cəzasını tətbiq edir. Ona bildirir ki, sən günahını gizlətsəydin, Allah da ola bilsin ki, sənin günahını gizləyərdi və cəzaya məruz qalmazdın, digər bir hədisdə isə bildirilir ki, zina edən subay bir oğlana o dövrə uyğun hədd cəzası tətbiq edilmişdir. Hətta təcavüz edən şəxs təcavüz etdiyi qadınla məcbur evləndiirlsə belə, yenə də ona etdiyi cinayətə görə məhkəmə tərəfindən qaununlara əsasən ən ağır cəza verilməlidir.”

Short URL: http://www.cumhuriyyet.net/?p=82305

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31