14 yaşlı qızdan ŞOK : “Ölürəm, amma 200 il ərzində geri dönəcəm”

19.11.2016 - 13:44

rrİngiltərədə 14 yaşılı xərçəng xəstəsi olan bir qız ölümündən sonra dondurularaq saxlanma haqqı qazanıb. Milli.Az Telegraph-a istinadən xəbər verir ki, 1 ay öncə dünyasını dəyişən J.S. xərçəngə tutulduqdan sonra dondurulma prosesini araşdırmağa başlayıb, ancaq ailəsini məsələ ilə əlaqədar razı sala bilməyib. Ailəsini razı sala bilmədiyini görən 14 yaşlı qız vəkillər vasitəsilə məhkəməyə müraciət edib.
Xəstəliyi irəlilədiyi üçün dinləmələrə qatıla bilməyən J.S. məhkəməyə yazdığı məktubda “Ölmək istəmirəm, amma öləcəyimi bilirəm … Daha çox yaşamaq istəyirəm… Bu şansa sahib olmaq istəyirəm” ifadələrindən istifadə edib. Hakim J.S.-nin bu istəyini şəxsi məsələ hesab edərək onun iddiasını qəbul edir.
Bu qərarın ardından həyatını itirən J.S.-nin bədəni dondurularaq, ABŞ-dakı saxlanma anbarına göndərilib. J.S. ABŞ-da dondurulmuş insanlar arasındakı ilk ingilis uşaq olaraq tarixə keçib. Hakimin qərarından sonra bir qohumuyla danışan J.S.-nin “Ölürəm, amma 200 il içərisində geri dönəcəyəm. Daha uzun yaşamaq istəyirəm. Gələcəkdə xərçəng xəstəliyimə çarə tapacaqlar və məni oyandıracaqlar” dediyi açıqlanıb. Dünyasını dəyişən şəxsin cəsədinin dondurulma əməliyyatı 1970-ci illərdən bu yana tətbiq edilir və dünyada təxminən 350 adamın ölümündən sonra dondurularaq saxlandığı təxmin edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=82366

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31