Lotu Quli azərbaycanlılara divan tutur – Ukraynada

19.11.2016 - 14:11

lotu-quliHəbsdə olan “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov Ukraynada yaşayıb işləyən azərbaycanlılara divan tutur.

Bu barədə Ukraynada bizneslə məşğul olan və Qulinin adamlarının şiddətinə məruz qalan iş adamlarından biri şəxsən danışır. Biznesmenin sözlərinə görə, hazırda Ukraynada işləyən azərbaycanlı iş adamları qeyri-rəsmi fövqəladə vəziyyətdə fəaliyyət göstərirlər. Bunun səbəbi isə Nadir Səlifovun onlara rəsmən divan tutmasıdır.

Mənbəmiz bildirir ki, kriminal avtoritet Rövşən Lənkəranskinin ölümündən sonra “Lotu Quli”nin adamları Ukraynada iri biznesi olan azərbaycanlılara ağır “tas”lar qoyub. Onların tələb etdiklərini verməyən iş adamları isə döyülür, oğurlanır, hədə-qorxu gəlinir.

Daxil olan məlumatda o da bildirilir ki, Nadir Səlifovun adamları Ukraynada özlərini o qədər rahat hiss edirlər ki, hətta mərhum Lənkəranskiyə məxsus məşhur “Bakı” restoranını belə ələ keçirməyə çalışırlar. Lakin hələ ki buna müvəffəq olmayıblar.

Bu barədə məlumatı saytımızla bölüşən biznesmen “Lotu Quli”nin adamlarının azərbaycanlılara qarşı belə qəddar davranışının səbəbini açıqlayıb: “Bunların məqsədi bizdən qisas almaqdır. Ukraynada fəaliyyət göstərən azərbaycanlı biznesmenlər mərhum Rövşən Lənkəranskinin sağlığında onun himayəsi altında işləyirdi. Buna görə də Nadir Səlifovun adamları uzun illərdir bizə dəyib-dolaşa bilmir, Ukrayna bazarlarından bir manat da olsun qazana bilmirdilər. İndi Rövşən yoxdur deyə, illərdən qalma qisaslarını alırlar bizdən”.

İş adamının sözlərinə görə, “Lotu Quli”nin adamları Ukraynada Lənkəranskinin nəzarətində olan demək olar ki, bütün sahələri ələ keçirib öz istədikləri kimi at oynadırlar. Onlara tabe olmayanları isə ağır formada incidirlər.

Mənbəmiz onu da qeyd edir ki, əslində Nadir Səlifovun adamlarının biznesmenlərlə belə sərt rəftarının altında gizli bir niyyət yatır. Onlar Rövşənə sədaqətli iş adamlarını incitməklə Lənkəranskinin ölümündən sonra kölgəyə çəkilən yaxın adamlarının səbrini zorlayır və onları ortaya çıxmaq üçün qızışdırırlar.

Mənbəmiz onu da əlavə edir ki, iş adamları Nadir Səlifovun onların başına gətirdiyi zülmlə bağlı həm Bakıda, həm də Ukraynada rəsmi qurumlara müraciət eləmək niyyətindədirlər: “Bizi məcbur edirlər ki, bir azərbaycanlını erməniyə (Ukraynanın erməni əsilli daxili işlər naziri nəzərdə tutulur – red.) şikayət edək”.(bakipost.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=82369

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31