III Dünya Müharibəsi 2017-ci ilə qədər başlayacaq – İKİ SSENARİ

19.11.2016 - 15:50

rr“Üçüncü Dünya Müharibəsi Latviyadan başlana bilər”. Bu barədə “Foreign Policy” nəşri yazıb. Nəşr yazır ki, hazırda Rusiya üçün “soyuq müharibə”dən sonra ən əlverişli şərait yaranıb: “Amerikada prezident dəyişdi, Avropa Birliyi çalxalanır. Putinin növbəti addımı daha təhlükəlidir. Ehtimal ki, o, Baltikyanı ölkəyə hücuma keçəcək. Hansı ki, bu ölkələr NATO üzvüdür. Yox, Putin Rusiya əsgərlərini bölgəyə göndərməyəcək. O, Rusiyaya bağlı olan yerli vasitələrdən istifadə edərək, hərbi təxribat törədəcək. Ehtimal ki, latviyalılar və estoniyalılar ruspərəstlərə etiraz edərək, “beynəlxalq müdafiə” xahişi ilə Qərbə müraciət edəcəklər. Belə olanda “Baltikyanın azad olunmuş rus xalq cəbhəsi” ortaya çıxacaq. NATO-nun sammiti toplaşacaq və Şimal Alyansının nizamnaməsinin 5-ci maddəsinin tətbiq olunması tələb olunacaq, almanlar və fransızlar qəzəblə etiraz edəcəklər və hər kəs Amerikaya üz tutacaq. ABŞ-ın seçəcəyi tərəf qalib olacaq”.
Nəşr vurğulayır ki, əgər NATO 5-ci maddəyə uyğun olaraq öz öhdəliyini yerinə yetirməsə, o zaman da ittifaqın mövcudluğu şübhə altına düşəcək. “Şərqi Avropanın bəzi ölkələri daha güclü olanın yanında yer tutmağa çalışacaqlar. Polşa silahlanacaq. Baş verənlər Putinin Avropada parçalanmış Qərb və qeyri-məhdud müdaxilə sahəsi arzusunun həyata keçməsinə imkan yaradacaq”, – deyə nəşr vurğulayıb.
Məqalədə bildirilir ki, əgər NATO 5-ci maddəyə əməl edəcəksə, bu, faktiki olaraq, Rusiya və Qərb arasında böyük müharibənin başlanması deməkdir: “Ruslar Trampın Ağ Evə gəlməsinə qədər hücuma keçə bilər və müharibə güman ki, Latviyadan başlanacaq. Lakin Tramp bunun qarşısını ala bilər”.(Publika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=82385

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31