Ərdoğanın heç yerdə yayılmayan VİDEOSU

20.11.2016 - 20:19

rrTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 iyul dövlət çevrilişinə cəhd zamanı Mərmərədə jurnalistlərə verdiyi açıqlama yenidən gündəmə gəlib. Cumhuriyyet.az axar.az-a istinadən xəbər verir ki, Ərdoğan CNN-ə müsahibəsindən bir neçə dəqiqə əvvəl yerli mətbuata danışıb.
Ancaq aralarında Anadolu agentliyi də olan xeyli agentlik və televiziya prezidentin çıxışını yayımlamayıb. Belə ki, Ərdoğan 00:05-də təxminən 6 dəqiqə davam edən açıqlama verib. Bundan sonra Mərmərədəki qaynaqlar prezidentin telefonla çəkilmiş görüntüsünü Votsap vasitəsilə A Xəbər telekanalına ötürüb.
Telekanal 00:31-də prezidentin açıqlamasını telefonla yayımlayıb. Məhz bundan sonra digər agentlik və telekanallar Ərdoğanın çıxışını yayımlamağa məcbur olub. Məsələyə münasibət bildirən Anadolu agentliyinin direktoru Şenol Qazancı görüntünün yayımlanmamasını keyfiyyətsiz olması ilə əlaqələndirib.
Prezident Ərdoğanın həmin gecə telekanallar tərəfindən verilməyən görüntüsünü təqdim edirik:


Short URL: http://www.cumhuriyyet.net/?p=82395

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31