İsveçrə bankı milyardların sahibini axtarır: 50 ildən çoxdur bu pullar üçün gələn yoxdur

21.11.2016 - 09:36

bankİsveçrə bankları qeyri-adi problemlə üzləşib. Trend xarici mətbuata istinadən xəbər verir ki, İsveçrə banklarında yüzlərlə hesab var ki, sahibləri artıq yarım əsrdən çoxdur pullarının ardınca gəlmirlər. Bu hesablardakı məbləğ bir neçə milyard dollara çatır. Əgər qanuni varislər bunu təsdiq edəcək sənədlər təqdim edərsə, banklar həmin pulları sahiblərinə verməyə hazırdırlar.
Bununla bağlı İsveçrə parlamenti tərəfindən müvafiq qanun qəbul edilib və 2015-ci ilin 1 yanvar tarixindən qüvvəyə minib. Qanuna əsasən, əgər müştəri 10 il ərzində bankla əlaqə yaratmırsa və bundan 50 il sonra hesab olduğu kimi qalırsa, varisin axtarılması üçün həmin hesab barəsində məlumat yayılır.
Bunun üçün İsveçrə hökuməti dormantaccounts.ch saytı da yaradıb. Bu sayt vasitəsilə hər kəs əcdadlarının İsveçrənin hər hansı bir bankında hesabının olub-olmamasını yoxlaya bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=82455

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31