Bəşəriyyət üçün QORXUNC SSENARİ: Dünya təhlükə ALTINDA

21.11.2016 - 23:20

rrDünya okeanının səviyyəsi artıb. Bu artımla bəşəriyyəti qorxunc ssenari gözləyir. Amerikanın “Milli Aeronavtika və Kosmik İdarəetmə Agentliyi” (NASA) alimlərinin hazırladığı məlumata görə, bu artım qlobal istiləşmənin bir göstəricisidir. Publika.az bildirir ki, NASA qrupunun əməkdaşlarının apardığı araşdırmaya görə, Dünya okeanının 1/3 hissəsində isti suyun səviyyəsi artıb. Qalan 2/3 hissəsindəki artım buzlaqların əriməsi hesabına baş verib.
NASA alimlərinin peyk məlumatlarına əsasən verdiyi məlumata görə, suyun səviyyəsi ildə 1.9 mm artır. Lakin bu rəqəm nisbidir. Belə ki, 2012-ci ildə BMT-nin İqlim dəyişikliyi üzrə komissiyası peyk məlumatlarına əsaslanaraq hər il Dünya okeanında suyun səviyyəsinin 3.2 mm qalxdığını açıqlamışdı.
Alimlər hesab edirlər ki, okeanda suyun səviyyəsini artıra biləcək qlobal istiləşmə ssenarisinin detalları nəzərə alınmır. Məsələn, hesablamalar zamanı yalnız suyun temperaturunun yüksəlməsi nəzərə alınır ki, bu da yetərli deyil. Yayda Qrelandiya 12 kvadrat kilometr sahədə əriyən buzlaqlar okean suyuna qarışdı. Bu da suyun səviyyəsinin artmasının bir səbəbidir.
Tədqiqatçılar bildirir ki, buzlaqların əriməsinin dəqiq həcmi bilinmir. Ona görə də, suyun qızdırılması nəticəsində daha sürətli ərimənin daşqına səbəb ola biləcəyi istisna edilmir. BMT mütəxəssislərinin hesablamalarına görə, növbəti əsrdə Dünya okeanının səviyyəsi 6.4 metr artacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=82547

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31