“Qiyamət təyyarəsi” ABŞ səmasında: Putinə gözdağı

23.11.2016 - 09:37

rrÖtən çərşənbə ABŞ-ın San Dieqo şəhərində görünən naməlum təyyarə ölkə mediasını silkələyib. Axar.az xəbər verir ki, üzərində heç bir şirkət adı və ya hərbi məlumat olmayan bu təyyarə haqqında ABŞ mətbuatında və sosial şəbəkələrdə geniş müzakirələr başlayıb.
Pentaqon keçirilən uçuş barədə rəsmi məlumat yaymalı olub. “Qiyamət təyyarəsi” adlanan qırıcının San Dieqodan sonra Sakit okean və Denver şəhəri üzərində uçuş keçirdiyi təsdiqlənib. 1 saatdan artıq davam edən uçuşdan sonra təyyarə Oklahomadakı hərbi bazaya qayıdıb. Nazirlik təyyarənin hansı məqsədlə uçuş keçirdiyini açıqlamayıb.
Qeyd edək ki, sözügedən qırıcı ABŞ Həri Hava Qüvvələrində “Qiyamət təyyarəsi” adı ilə məşhurdur. 141 milyon dollar dəyəri olan bu super qırıcı həm də nüvə silahı ilə təchiz olunub. Hazırda ABŞ Hərbi Hava Qüvvələrində 16 ədəd “Qiyamət təyyarəsi” var.
Yerli mətbuat bu hadisəni Trampın prezident seçilməsi ilə əlaqələndirsə də, bəziləri “Qiyamət təyyarəsi” ilə Putinə göz dağı vermək fikrini irəli sürüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=82702

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31