Qızları fahişəliyə cəlb edən, “Tanrının Müqavimət Ordusu”na liderlik edən mafiya başçıları – FOTOLAR
Dünya ölkələrində fəaliyyət göstərən mafiya qrupları və onların liderlər uzun illər axtarışda olsalar da polis onların həbsində çətinlik çəkir. Onlar həddindən artıq güclənir və hətta mövcud olduqları ölkələrdə bir çox sahələri əllərinə keçirməyi bacarırlar. Sizə dünyanın ən güclü mafiya liderlərini təqdim edirik.
10. Omid Tahvili (İran – Kanada)

1999-cu ildə FBI tərəfindən ən çox axtarılanlar siyahısına, 2007-ci ildə İnterpolun qırmızı bülleteninə salınan Ceyms Viti Bulqer Amerikadakı irlandiya mafiyası Vinter Hillə rəhbərlik edir. Onun cinayətlərini saymaqla bitmir. Narkotik ticarəti, çirkli pulların yuyulması, adam oğurluğu, və s.
1986-cı ildən bu yana mövcud olan və Uqandaya sözün əsl mənasında qan qusduran “Tanrının Müqavimət Ordusu” adlı terror təşkilatına rəhbərlik edən Cozef Koni İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan və ən təhlükəli 10 mafia başçısı arasındadır. Koni 30.000 uşağın qaçırılmasında və 1.6 milyon insanın itkin düşməsində ittiham edilir.
7. Felisyen Kabuqa (Ruanda)
Son olaraq 2008-ci il də izinə Osloda görünən, lakin yaxalanmayan Felisyen Kabuqa, 1999-ci ildən bu yana dünyanın ən çox axtarılan 10 cinayətkarı arasındadır. 1935-ci il təvəllüdlü Kabuqa, bir iş adamı kimi tanınmasınaə baxmayaraq əslində 1993-1994 illəri arasında reallaşan Ruanda Soyqırımını maliyələşdirən və planlaşdıran şəxsdir. ABŞ Kabuqa yaxud onun köməkçiləri barədə məlumat verən şəxsə 5 milyon dollar mükafat vəd edir.
5. Davud İbrahim (Hindistan)
4. Əlimcan Toxtaxunov (Özbəkistan)
Bu “tontiş” əminin görünüşünə aldanmayın. Keçmişində narkotik, insan alveri kimi cinayətləri olmasa da böyük iqtisadi cinayət əməlləri var. O, 2002-ci il Solt-Leyk-Siti Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarının münsiflər heyətini pulla ələ almaqda ittiham edilir.
Toxtaxunov Amerika Birləşmiş Ştatlarında qeyri-qanuni qumar mafiyasının başında duran özbək iş adamıdır. Axtarışda olsa da Rusiyada əlini-qolunu sallayıb gəzir.
Fotoda görmüş olduğunuz şəxs El Çapo olaraq da adlandırılan Xuakin Arçivaldo Quzman Loeradır. O, özü Meksikanın ən böyük narkotik karteli olan Sinaloaya rəhbərlik edir. 2003-cü ildən bu yana qırmızı bülletenə salınan Loera Meksikanın ən böyük mafiya atasıdır. “Forbes” jurnalının məlumatına görə o, dünyanın ən zəngin cinayətkarı hesab olunur.
2014 ilində yaxalanmış ancaq 14 avqust 2014 də həbsxanada duşların altında 1.5 kilometr uzunluğunda tunel qazaraq qaçmağa müvəffəq olub. 8 yanvar 2016 tarixində yenidən yaxalanıb
2. Semyon Moqileviç (Ukrayna)
Semyonun çirkli pulların yuyulması, sənədlərin saxtalaşdırması, MDB ölkələrindən olan qızların Avropa fahişəliyə cəlb edilməsində, silah alveri, adam oğurluğu, cinayətlərində adı hallanır. Görünüşü ilə də əsl mafiya atasıdır.
O, dünyada ən təhlükəli mafiya atası hesab edilir. Həmçinin Semionun 90-cı illərdə Vladimir Putin ilə dostluq münasibətlərinin olduğu da deyilir.

1. Ayman al-Zavahiri (Misir)
Üsamə Bin Ladendən sonra Əl-Qaidənin başına keçən liderdir. Başına qoyulan mükafat 25 milyon dollar təşkil edir. 2012-ci ildə ABŞ-ın Liviyadakı səfirinin ölümünə səbəb olan terror aktlarının əmrini də məhz Zəvahiri verdiyi məlumdur.
Short URL: http://www.cumhuriyyet.net/?p=82811