Prezidentin acı sonu və Amerikanın məhvi: “Tramp prezident postunda əyləşə bilməyəcək”

24.11.2016 - 12:18

abs1Nəhəng qəza ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın səlahiyyətlərinin icrasına başlamağa imkan verməyəcək. Cumhuriyyet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə məşhur öncəgörən Vanqanın proqnozlarını araşdıran mütəxəssislər bildirir. Hadisələrin inkişafının bir neçə variantı mövcuddur: güclü iqtisadi böhran, qlobal soyuqlaşma, yaxud ABŞ-ın şimal və cənub ştatlarına parçalanması.
Vanqanın öncəgörmələrini araşdıran mütəxəssislər onun Amerika ilə bağlı yeni proqnozlarını ortaya çıxarıblar. Vanqa yaşayarkən deyirdi: “Bu ölkəni iflas və həlak olmaq gözləyir. Vaşinqtonu sarsıntı gözləyir, Amerika sivilizasiyasının sonu gələcək”. “Barak Obamanın prezident olacağını və onun ABŞ-ın sonuncu prezidenti kimi tarixə düşəcəyini də öncədən xəbər verən Vanqanın sözləri Trampın yanvarın 20-də prezident səlahiyyətlərinə başlaya bilməyəcəyini deməyə əsas verir”, – deyə “Cənub Federalı” saytı yazır.
ABŞ-da güclü iqtisadi böhran baş verə, yaxud ölkə parçalana və imperiya dağıla bilər. Həmçinin, qlobal buzlaşma hər şeyi alt-üst edə bilər: Gözlərilən ssenarilər belədir. “Los Angeles Times” nəşri yazır ki, artıq bu proqnozların ilkin işartıları görünür: “Kaliforniya ştatının müstəqilliyini istəyən “Yes California” hərəkatı referendumun keçirilməsini tələb edir. “Calexit” adlandıran hərəkat artıq referendumla bağlı ştatın Baş prokurorunun aparatına müraciət edib. Referendumun 2019-cu ildə keçirilməsi nəzərdə tutulur”.
Artıq amerikalı mütəxəssislər də Vanqanın pronozlarının doğru ola biləcəyini istisna etmirlər. “Yes California” hərəkatının üzvü Markus Ruis Evans deyir: “Bütün bunlar realdır”. Bəzi məlumatlara görə, “Yes California” hərəkatı Rusiya başda olmaqla bir sıra ölkədə “səfirlik” də açmağı planlaşdırırlar.
Mütəxəssislər baş verənlərin “Trampın prezident postunda əyləşə bilməyəcəyi” proqnozuna uyğun olduğunu qeyd edirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=82873

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31