Türkiyənin düşməni vəzifədən gedir

24.11.2016 - 14:04

sultsAvropa Parlamentinin (AP) sədri Martin Şults vəzifəsi ilə vidalaşmağa hazırlaşır. 60 yaşlı siyasətçi Almaniyada siyasi karyerasını davam etdirəcək.

Brüsseldə mətbuat konfransı keçirən AP sədri bu vəzifəyə növbəti dəfə namizəd olmayacağını açıqlayıb.

Sosial Demokrat Partiyasının (SPD) üzvü 2017-ci ilin sonunda Almaniyada keçiriləcək parlament seçkilərinə qatılacağını deyib.

Qeyd edək ki, alman mətbuatı Şultsun parlament seçkilərində Şimali Reyn-Vestfaliya vilayətindən namizəd olacağını bildirib.

Eyni zamanda siyasətçinin adı prezidentliyə namizəd, hazırda Xarici İşlər naziri olan Frank-Valtyer Ştaynmayerin seçkilərdə qalib gələcəyi halda XİN rəhbəri və ya SPD-nin baş nazirliyə namizədliyi mövzusunda hallanır.

Ancaq Şults mətbuat konfransında bu vəzifələr barəsində açıqlama verməyib.

Xatırladaq ki, ŞultsTürkiyəyə qarşı sərt siyasəti ilə tanınır. O, dəfələrlə Ərdoğan hakimiyyətini daxili və xarici siyasət mövzusunda tənqid edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=82889

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31