Rusiya ölüm robotlarını Qərb sərhədinə göndərir – VİDEO

25.11.2016 - 09:22

platform-mNATO ilə münasibətləri günbəgün gərginləşən Moskva rəhbərliyi Polşa ilə sərhədə robot tanklar cəmləşdirir.

Rusiya Madiafiə Nazirliyinin yerləşdirdiyi silahlar arasında pilotsuz tankların çoxluğu diqqət çəkir.

Qeyd edək ki, “Robo-tank” adlı hərbi transpartyor 30 mm-lik 2A72 atomatik top, 7.62 mm-lik avtomatik snayper və 9M120 tank əleyhinə idarə olunan raketlə təchiz olunub. “Robo-tank”ın ayrıca termal görüntüləmə, lazer-hədəf kimi özəllikləri var.

Uzaqdan idarə edilən tank sələflərindən fərqli olaraq, daha sürətlə hərəkət edə bilir.

Sərhəddə yer alacaq digər super silah isə “ölüm robotu” adlandırılan “Platform-M”dir. Dörd ayrı raketi olan bu silah “Kalaşnikov” avtomatlarla təchiz olunub.

“Platform-M” qaranlıqda sərrast atəş aça bilir.

Rusiya Müdafiə Nazirliyi hazırlıq çərçivəsində Kalininqrada göndərilməsi planlaşdırılan nüvə başlığı daşıya biləcək “İskəndər” raketlərinin də görüntüsünü yayıb.

NATO da Rusiya ilə sərhədi gücləndirməkdə davam edir.

Soyuq müharibə dövründən bu yana ən böyük hərbi təşkilatlanma isə Rumıniya və Estoniyada davam etdirilir. Alyansın əsas hərəkətverici qüvvəsi olan İngiltərə bölgəyə canlı qüvvə, tank və döyüş təyyarələri göndərəcəyini açıqlayıb.

Beynəlxalq hərbi alyansın bu addımı Kreml tərəfindən heç də xoş qarşılanmır. NATO-ya qarşılıq verəcəklərini xatırladan Vladimir Putin “Bizi təhdid etməyə başlayan bu təsisləri hava hücumundan müdafiə sistemləri ilə nəzarətə götürməliyik”, – deyib. Prezidentin bu açıqlamasından az sonra Kreml Kaliningrada S-400 və “İskəndər” raketlərinin yerləşdiriləcəyini elan edib.

Moskvanın 2018-ci ildə istehsalını planlaşdırdığı “RS-28 Sarmat” adlı yeni raketi isə ötən ay dünya ictimaiyyətinə təqdim olunub. “Satana 2” kod adlı raket 11 min kilometr mənzilə sahibdir və daşıdığı 10 tonluq başlıqla Fransanı yer üzündən silə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=82951

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31