Prezidentin “ölən” qızı ABŞ səfirliyində gizlənir – Çevriliş planı

25.11.2016 - 12:55

gulnareÖzbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova ABŞ-ın Daşkənddəki səfirliyində gizlənir.

Bu iddia ilə Amerikanın “BuzzFeed” portalı çıxış edib.

Portal yazır ki, Kərimova Amerika səfiri Pamela Spratlenlə uzun müddət sıx əlaqədə olub.

İddialara görə, İslam Kərimovun öldüyü vaxt Gülnarə ABŞ-dakı əlaqələrindən istifadə edərək, hakimiyyəti ələ keçirməyə cəhd edib.

Portal Gülnarənin Amerika səfirinə məktubunu da üzə çıxarıb. Məktubda deyilir ki, o, prezident postuna iddia edə bilmir, lakin öz namizədini təklif edir. Bu ədliyyə naziri Muzrafa İkramovdur. Gülnarə qeyd edir ki, İkramov Özbəkistanda Amerika maraqlarını qorumaq əzmindədir.

“Lakin bu plan baş tutmayıb. ABŞ da qarşıdakı regional planları üçün “özbək şahzadəsinə” kömək göstərib və o, Amerika səfirliyində gizlədilir. ABŞ onu əlverişli vaxt üçün qoruyur”, – deyə portal yazıb.

Qeyd edək ki, bir neçə gün öncə G.Kərimovanın gecə öldürülərək basdırıldığı xəbəri yayılmışdı. Sonradan bunun təkzib edən informasiyalar da yayıldı. Lakin 2013-cü ildə islam Kərimov tərəfindən Londonda ev dustaqlığına məhkum edilən Gülnarə indiyə qədər ictimaiyyət qarşısında görünməyib. O, hətta atasının yas mərasiminə də gəlməmişdi.(Publika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=82995

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31