İranlı nazirdən ölənlərlə bağlı – Şok açıqlama

26.11.2016 - 13:04

abbas-akhoundiÖtən gün İranda baş verən qatar toqquşması nəticəsində həyatını itirənlərlə bağlı İranın Yol və Şəhərsalma naziri Abbas Əhməd Axundinin açıqlaması ciddi etiraza səbəb olub.

Nazirin “narahatlığa səbəb yoxdur, ölənlərin hamı sığortalanıb” deməsi əhali arasında əks-səda doğurub. Bu sözü ölənlərin ruhuna hörmətsizlik sayan İran xalqı nazir barədə hökumətin ölçü götürməsini istəyir.

Xatırladaq ki, ötən gün Semnan-Məşhəd və Təbriz–Məşhəd qatarlarının toqquşması nəticəsində 4 vaqon relsdən çıxıb və aşıb, 7 vaqonda yanğın baş verib. Son məlumata görə, 44 nəfər həlak olub, 100-dən çox yaralı var.

Nazir Abbas Axundi Türkmənistana ötən gün nəzərdə tutulan səfərini təxirə salaraq, təcili hadisə yerinə getmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=83097

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31