Türkiyədə erməni terroçularına abidə qoyuldu

28.11.2016 - 13:45

turkTürkiyənin Tunceli bölgəsinin Aşağıdoluca kəndində erməni terrorçularının adını əbədiləşdirən abidə qurulub.

Publika.az xəbər verir ki, belə sensassion məqalə ilə Türkiyənin tanınmış araşdırmaçı jurnalisti və yazarı Saygı Öztürk çıxış edib.

Məqalədə qeyd olunur ki, erməni və PKK üzvlərinin qoyduğu abidənin üzərində ötən əsrin 90-cı illərində Qarabağda və Xocalıda azərbaycanlılara qarşı soyqıırmlar törətmiş Monte Melkonyanın adı da var:

“Erməni və PKK üzvləri Türkiyənin nəzarətdən kənar bölgələrində terrorçulara abidə ucaldaraq, Türkiyədə altımızı qazmağa çalışırlar. Həmin abidənin açılış mərasimi bu il aprelin 26-da keçirilib. Mərasimə Fransa və Yunanıstandan da erməni diasporu nümayəndələri qatılıblar. Abidənin üzərində ASALA terror təşkilatı üzvlərindən və radikal erməni millətçilərindən olmuş Armenak Bakırcıyan, Manuel Dəmir, Nubar Yanıkyan, Kevork Çavuş, Monte Melkonyanın adları da əks olunub. Abidə üzərində bu sözlər də yazılır: “Erməni soyqırımını lənətləyirik, Armenak Bakırcıyanı və Hrant Dinki anırıq. Erməni soyqırımı 100-cu ildönümündə də davam edir”.

Göründüyü kimi, ermənilər jurnalist Hrant Dinkin ölümündən özlərinə müdafiə kimi istifadə edirlər”.

Jurnalist yazır ki, bütün bu faktları Əli Ərdincin rəhbərlik etdiyi Tələt Paşa Komitəsi ifşa edib: “Bu komitə olmasa, bütün bu hadisələrdən heç kəsin xəbəri olmayacaqdı”.

Short URL: http://www.cumhuriyyet.net/?p=83212

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31