Məşhur mafioz tutuldu: üstündən çıxanlar polisi ŞOK ETDİ

02.12.2016 - 14:23

ital-mafİtaliya polisi illərdir axtardığı “Rəqqas” ləqəbli Marsello Pesceni bir qəsəbədə gizləndiyi evdə tutub.

Cumhuriyyet.az  Milliyet-ə istinadən xəbər verir ki, İtaliyada illərdir axtarılan mafiya lideri Marsello Pesce dünən həbs edilərkən evində axtarış aparan polis maraqlı mənzərəylə qarşılaşıb. Mafiozun evinə baxış zamanı Jan-Pol Sartr, Alber Kamyu, Marsel Prust və Qabriel Qarsiya Markes kimi dünyaca məşhur yazarların əsərləri tapılıb.

BBC-nin xəbərinə görə, “Rəqqas” ləqəbli 52 yaşlı Marsello Pesce İtaliyanın cənubundakı Kalabria bölgəsində yaranan “Ndrangheta” mafiyasının ölkənin şimal bölgəsində yayılmasını təmin edən şəxslərdən biri olub.

Qeyd edək ki, 2010-cu ildən bəri qaçaq olan və haqqında 16 il həbs qərarı çıxarılan Marsello Pesce illərlə davam edən axtarışların ardından dünən səhər 5 radələrində Kalabria bölgəsindəki Rosarno qəsəbəsində tutulub.

Pescenin gizləndiyi evə basqın edən polislərdən biri mafiozun üstündə silah yerinə kitab görərkən düşdüyü vəziyyəti dilə gətirib: “Bizim üçün ən böyük sürpriz Pescenin kitablarını tapmaq oldu”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=83590

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930