Türkiyədə fərqli etiraz aksiyası: dollar və avronu yandırırlar
Anadoludakı mal-qara bazarında dolların məzənnəsinin artımına qarşı etiraz aksiyası keçirilib.
Virtualaz.org-un türk KİV-inə istinadən məlumatına görə, mitinq iştirakçıları bildiriblər ki, ABŞ valyutası Türkiyəyə lazım deyil və həmyerlilərini dollardan imtina etməyə çağırıblar.
Mitinq edənlər dollar və avro kupyurlarını nümayişkaranə tapdaladıqdan sonra onları yandırıblar. Bununla onlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və ölkənin milli valyutasına dəstəklərini ifadə ediblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=83596