ABŞ və Rusiyanın virtual məkandakı savaşı şiddətlənir

02.12.2016 - 15:26
imgABŞ Nümayəndələr palatası “Rusiyanın başqa xalqlar və ölkələr üzərində gizli təsiri”nə qarşı mübarizə ilə bağlı xüsusi komitənin yaradılması barədə qanun layihəsini qəbul edib.
Musavat.com-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu komitə Rusiyanın siyasi elitası və ya onun etibarlı şəxsləri tərəfindən həyata keçirilən korrupsiya, aldatma, insan hüquqlarının pozulması” kimi faktların aşkara çıxarılması və analizi ilə məşğul olacaq.
Qərb analitiklərinin fikrincə, Konqres tərəfindən qəbul edilən bu sənəd ABŞ-ın yeni seçilən prezidneti Donald Trampın Rusiya ilə münasibətləri normallaşdırmaqla bağlı niyyətlərinə tam ziddiyət təşkil edir.
Картинки по запросу us house of representatives
Nümayəndələr Palatası daxilində belə bir strukturun yaradılması ABŞ xüsusi xidmət orqanları üçün 2017-ci ilə nəzərdə tutulan büdcə layihəsinin müzakirələri zamanı məlum olub.
 Qanun layihəsi 390 səslə qəbul edilib. İlin sonuna qədər qanunun prezident tərəfindən imzalanacağı gözlənilir.
Sənəddə yeni strukturun hədəfləri və məqsədi, habelə kimlərdən ibarət olacağı barədə ətraflı informasiyalar yer alıb.
Qanuna görə, yeni qrup Milli Kəşfiyyat, Dövlət Departamenti, Müdafiə nazirliyi, Maliyyə nazirliyi, Ədliyyə nazirinin ofisi, FTB və Energetika nazirliyindən cəlb edilən mütəxəssislərdən təşkil ediləcək.
Komitə Rusiya hakimiyyət orqanlarının dünyada baş verən siyasi proseslərə təsir göstərməklə bağlı fəaliyyəti barədə Konqres üzvləri qarşısında hər il hesabat verəcək.
Yeni struktur Rusiyanın siyasi proseslərə gizli təsirlərini ifşa etməklə yanaşı, illik müqayisəli təhlillər apararaq, yeni tendensiyaları izləyəcək və buna qarşı görüləcək tədbirlər barədə xüsusi rəy tərtib edəcək.
Картинки по запросу us intelligence community
Qanun layihəsi Rusiya diplomatları üçün də məhdudiyyətləri nəzərdə tutur. Belə ki, layihəyə görə diplomatlar FTB direktorunun icazəsi olmadan səfirlik və konsulluqların yerləşdiyi binalardan 50 mildən çox uzaqlaşa bilməzlər. Yeni qaydalar qanunun “Rusiya Federasiyasının ABŞ-a akkreditə olunmuş diplomat və konsullarının hərəkətlərinin məhdudlaşdırılması” bölümündə əks olunub.
Qanun layihəsini də respublikaçı Riçard Berr tərəfindən hazırlanaraq irəli sürülməsi təsadüfi deyil.
Çünki Trampın Rusiya ilə yaxınlaçma niyyələtri bir çox respublikaçı siyasətçi tərəfindən az qala süngü ilə qarşılanır.
Mətbuat hələ prezident seçkilərindən qabaq Donald Trampın və onun bəzi komanda üzvlərinin Kremllə əlaqələrdə ittiham edildiyini xatırladır. Rusiya hakerlərinin son seçkinin nəticələrinə təsir etdiyi barədə söz-söhbətlər isə hələ də səngimək bilmir.
.
Müşahidələr onu göstərir ki, ABŞ qanunvericilərinin Rusiyanın siyasi təsir vasitələrindən gələ biləcək təhdidlərdən qorxmaq üçün tam əsasları var.
“Bloomberg”-in kiber təhlükəsizliklə  məşğul olan FireEye Inc. Şirkətinə istinadən verdiyi məlumata görə Rusiya xüsusi xidmət orqanları ABŞ-ın siyasi təşkilatlarının məlumat bazalarının sındırılması və sonradan ictimaiyyətə sızdırılması ilə bağlı mütəşəkkil haker hücumları həyata keçirirlər.
Картинки по запросу fireEye inc
Şirkət rəhbəri Devid DeUoltun firkincə, oğurlanan materiallar sonradan olmayan şəxləsrin adından, saxta internet səhifələrinə yerləşdirilərək ictimai rəyin istənilən istiqamətdə yönəldilməsi və idarə olunması məqsədilə yayılır.
“Rusiya artıq kiber dövlət olaraq tamam başqa səviyyədədir. Prezident seçkilərindən sonra isə Rusiyanın bu sahədə öz aktivliyini azaldacağını söyləmək mümkün deyil. Bu isə Tramp administrasiyasının qarşısında böyük bir təhdid deməkdir”,  -DeUolt qeyd edib.
The Times –ın yazarı Debora Heynsin yazdığına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Corc Brennan da Rusiyanın kiber hücumlar və yalan informasiyalar yaymaqla siyasi prosesləri istədiyi məcrada istiqamətləndirmək siyasətini yürütdüyü barədə yeni seçilən prezident Donlad Trampa xəbərdarlıq edib.
Britaniyanın “Qardian” qəzetinin yazarı Spenser Akerman isə ABŞ Senatının kəşfiyyat üzrə komitəsinin 7 üzvünün əlində Rusiyanın prezident seçkilərinə qarışdığı barədə mötəbər və gizli məlumatın olduğunu yazıb.
Qeyd olunur ki, Rusiya kəşfiyyat orqanlarının siyasi təsir və təbliğatına qarşı qurulan bu cür strukturlar artıq demokratik dünyanın başqa dövlətləri tərəfindən də yaradılıb. Bu ilin oktyabr ayında Çexiya daxili işlər nazirliyi daxilində Rusiyanın ölkədə ictimai rəyə müdaxiləsi ilə mübarizə ilə bağlı xüsusi komitə yaradılıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=83606

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930