Ötən il 370 milyard dollarlıq silah satılıb

05.12.2016 - 10:56

silahDünyanın ən iri silah şirkətləri ötən il 370.7 milyard dollarlıq silah satıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIRPI) beynəlxalq silah sənayesi haqda son hesabatında belə deyilir.

SIRPI-nın hazırladığı sənəddə dünyanın 100 ən böyük silah və hərbi xidmət şirkətindən danışılır. Siyahıya yenə ABŞ-ın silah istehsalçıları liderlik edirlər. Onların silah satışının həcmi keçən il 209.7 milyard dollar olub. Bu isə 2014-cü illə müqayisədə 2.9% azalma deməkdir.

SIRPI Birləşmiş Ştatların iri silah şirkətlərinin satış həcminin 5 ildir ki, azalmaqda olduğunu qeyd edir. Gəlirlərinin azalmasına baxmayaraq, dünyanın iri silah istehsalçılarının yarıdan çoxu Birləşmiş Ştatların payına düşür.

Avropanın silah şirkətləri isə gəlirlərini çoxaldıb, 95.7 milyard dollar əldə ediblər. SIRPI-nın 100-lüyünə daxil olan Avropa silah şirkətlərinin satış həcmi 2015-ci ildə 6.6% artıb. Avropada ən çox Fransanın silah şirkətlərinin irəli düşdüyü görünür. Hesabatda Fransaya məxsus şirkətlərin gəlirlərini 13.1% artırdığı, 2015-ci ildə 21.4 milyard dollara çatdırdığı deyilir. Qərbi Avropada silah satışının həcminin artmasında məhz Fransanın 6 şirkətinin payı olub.

100-lüyə daxil olan 11 Rusiya şirkətinin silah satışından əldə etdiyi gəlir keçən il 30.1 milyard dollar təşkil edib. Bu da öncəki illərlə müqayisədə 6.2% artım deməkdir. SIRPI Rusiyanın gəlirlərinin vertolyotlar, taktiki raketlərin satışının artması hesabına çoxaldığını qeyd edir, bununla belə, bir il öncəylə müqayisədə rus silah şirkətlərinin zəiflədiyini vurğulayır.

Silah satışında ən böyük artım Cənubi Koreya şirkətlərinə məxsusdur, 2015-ci ildə onların gəlirinin 31.7% artdığı müəyyən edilib.Türkiyənin silah şirkətlərinin satış həcmi 10.2%, Hindistan şirkətlərininki 9.3% artıb. Ən böyük azalma isə 100-lükdəki Braziliya şirkətində müşahidə edilib. 2015-ci ildə Braziliyanın ən iri silah şirkətinin gəlirləri 28.1% azalıb. SIRPI dünyada cəmi silah satışının həcminin 2015-ci ildə 0.6% azaldığını bildirir. Azalma 5-ci ildir müşahidə olunur. SIRPI Silah Sənayesi haqda Məlumat Bazası 1989-cu ildə yaradılıb, dünyanın silah şirkətləri haqda bilgiləri toplayır. (“Azadlıq” radiosunun xülasəsi)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=83667

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31