16 yaşlı qızlarının yatağında qan ləkəsi və cırılmış paltar gördülər, olanlar oldu

05.12.2016 - 14:37

turk4Dekabrın 2-də Türkiyənin İzmir şəhərində 16 yaşlı qızın yaşadığı mənzildən müəmmalı şəkildə qaçırılması böyük marağa səbəb olmuşdu. İzmirin Karabağlar rayonunda ata-anası və bacısı işdə olarkən yatdığın yerdən qaçırılan Ayşenur S. İstanbulda tapılıb.

Bu gün qızın valideynlərinə zəng edən şəxs Ayşenuru Esenler adlanan yerdə yol kənarında huşsuz vəziyyətdə tapdığını və onun telefonunu götürərək əlaqə saxladığını deyib.

Bildirilir ki, evdə kimsənin olmadığını bilən narkotik alveri və fahişəliklə məşğul olan şəbəkə üzvləri 16 yaşlı qızı zorla aparıblar. Bir neçə saat sonra evə qayıdan valideynləri yataq otağında qan ləkələri və cırılmış paltarlar görüncə, dərhal polisə məlumat veriblər.

Olayla bağlı artıq bir nəfər şübhəli şəxs qismində saxlanılıb.

/lent.az

Short URL: http://www.cumhuriyyet.net/?p=83711

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31