“Gələn il də ata olmasam…”
Dünən Şimali Kiprdə konsert verən Sərdar Ortaç sevənlərinə bəzi etiraflar edib.
Cumhuriyyet.az axşam.az-a istinadən bildirir ki, 2014-cü ildə model Kloe Louqnan ilə ailə quran müğənni ata olmaq istədiyini deyib:
“6 ildir Kloe ilə birlikdəyəm. 2 il yarımdır evliyik. İlk gündən uşaq istədiyimi dedim, o da hər il “Gələn ilə…” dedi. 2017-ci ildə uşağım olmasa, bir qız, bir oğlan olaraq iki uşağı övladlığa götürəcəyəm. İnşallah, öz uşağım olar, övladlığa ehtiyac qalmaz”.
Short URL: http://www.cumhuriyyet.net/?p=83745