Türkiyədə CHP liderinin müşaviri saxlanılıb

06.12.2016 - 11:39

turkTürkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun baş müşaviri Fatih Gürsul saxlanılıb.

“Hürriyet”in verdiyi xəbərə görə, F.Gürsul İstanbul Cümhuriyyət Baş Prokurorluğunun təlimatı əsasında Ankarada saxlanılıb və evində axtarış aparılıb.

F.Gürsul “Fətullahçı Terror Təşkilatı” (FETÖ) üzvü olmaqda ittiham edilir. Onun fətullahçıların internetdə gizli yazışmalar məqsədilə istifadə etdiyi “ByLock” proqramının istifadəçisi olduğu bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=83788

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31