Dünyada mövcud ən bahalı mülki və hərbi təyyarələrin 10-luğu
“Uçan saray” nahar zalı, qaraj, atlar üçün tövlə və şahinlər üçün bölmə ilə təchiz olunubş
Təyyarənin özü-özlüyündə bahalı nəqliyyat vasitəsidir, lakin onların arasında da qiymətinə görə xüsusi seçilənlər yer alır. Mülki təyyarələrdə bu hal bir qayda olaraq dəbdəbəli olması və maksimal dərəcədə rahatlıqla bağlıdırsa, hərbi təyyarələrdə müvafiq göstərici qəliz və ən müasir texniki xarakteristikalarla əlaqəlidir.
Bu gün sizə dünyada mövcud ən bahalı 10 təyyarəni nümayiş etdirəcəyik:
10. Boeing-474-8 VIP
qiyməti – 150.000.000 dollar
Honkonqlu milyarder Cozef Lauya məxsus təyyarənin göyərtəsində dolama pilləkən mövcuddur.
9. Boeing-747-400
qiyməti – 220.000.000 dollar
Səudiyyə kralının qardaşı oğlu şahzadə əl-Valid ibn Talala məxsusdur. 2000-ci illərin əvvəllərində alınıb. Aparılan təkmilləşdirilmə işlərindən sonra iki böyük yataq otağı, 14 nəfərlik masa, o cümlədən salonun mərkəzində quraşdırılmış qızıl taxt yer alıb.
8. E-2D Advanced Hawkey
qiyməti – 232.000.000 dollar
Müasir skanetmə texnologiyası ilə təchiz edilmiş uzaq müşahidə radiolokasiya təyyarəsi ABŞ Hərbi Hava Qüvvələri arsenalında yer alır.
7. Boeing-747-430
qiyməti – 233.000.000 dollar
Bruney sultanının şəxsi təyyarəsidir. 100 milyon dollara alınan təyyarə daha 133 milyon dollarlıq təkmilləşdirilib.
Nəticədə salonda qonaq otağı, yataq otağı və tərtibində qızıldan istifadə edilmiş vanna otağı yer alır.
6. P-8A Poseidon
qiyməti – 290.000.000 dollar
Boeing Defense, Space & Security tərəfindən hazırlanan təyyarə dəniz patrulu üçün istifadə edilir.
5. C-17A Globemaster III
qiyməti – 328.000.000 dollar
Hazırda dünyanın ən böyük hərbi təyyarələrindən biridir. ABŞ Hərbi Hava Qüvvələri tərəfindən əsasən yüklərin və qoşunların daşınması, eləcə də yüklərin atılması üçün istifadə edilir.
4. F-22 Raptor
qiyməti – 350.000.000 dollar
İki mühərrikli qırıcı təyyarə dünyanın ən yaxşı döyüş təyyarəsi hesab edilir. O, yüksək sürətlə böyük məsafə qət etmə imkanına malik olmaqla yanaşı istənilən havada radarlar üçün çətinələkeçirilən hərbi təyyarədir.
3. Airbus A340-300
qiyməti – 350.000.000 dollar
Rusiyada ən böyük və ən bahalı təyyarələrdən biri olmaqla Alişer Usmanova məxsusdur.
Təyyarə sahibi yalnız interyerə olduqca böyük vəsait sərf edib, təyyarənin üzərində isə atasının adı “Bourkhan” (Burxan) qeyd edilib.
2. Airbus A380
qiyməti – 500.000.000 dollar
Səudiyyə Ərəbistanı şahzadəsi əl Valid ibn Talala məxsus daha bir təyyarədir.
Dəbdəbəli təyyarə tez-tez “uçan saray” kimi xatırlanır. O, vannalı bir neçə yataq otağı, nahar zalı, qaraj, atlar üçün tövlə və şahinlər üçün bölmə ilə təchiz olunub.
Bundan əlavə təyyarədə ibadət otağı var. Uçuş zamanı Məkkənin hansı tərəfdə olduğunu təyin etmək məqsədilə namaz üçün virtual xalçalar təyyarə mövqeyi sistemləri tərəfindən əldə edilən lazımi məlumatla təchiz olunur.
1. Bombardmançı “Stels” B-2 Spirit
qiyməti – 2.100.000.000 dollar
Sıx hava hücumundan müdafiənin yarılması üçün nəzərdə tutulub, bundan əlavə nüvə silahı aparmaq qabiliyyətinə də malikdir. Belə bombardmançılardan İraq və Əfqanıstanda istifadə edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=83798