ABŞ-dan gələn xəbər dolları bütün dünyada bahalaşdırdı

06.12.2016 - 14:56
dollABŞ-da açıqlanan müsbət statistik göstəricilər və Federal Ehtiyat Sistemi (Federal Reserve System, FED) tərəfindən uçot dərəcəsinin artırılması ehtimalının yüksək olması dolların avro və Yaponiya yeninə qarşı bahalaşmasına səbəb olub. “APA-Economics” xəbər verir ki, bu barədə “Wall Street Journal” yazır.
Dolların əsas valyutalara qarşı dinamikasını özünə əks etdirən “WSJ Dollar” indeksi 0,15% möhkəmlənib.
Bugünkü ticarət sessiyasının açılışında avro 1,0746 dollara enib. Belə ki, Avrozonanın vahid valyutasının məzənnəsi ötən sessiyanı 1,0764 dollarla başa vurub.
Bundan başqa, dollar 113,85 yendən 114,1 yenədək bahalaşa bilib.
Xatırladaq ki, ötən gün avro 21 aylıq minimum səviyyəyə, yəni 1,0506 dollara enib

Short URL: http://www.cumhuriyyet.net/?p=83826

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31