Arda 17 dəqiqəyə dünyanı heyrətləndirdi – Video

07.12.2016 - 11:53

arda_17Dünən Çempionlar Liqasında qrup mərhələsinin son oyunlarına start verilib.

Axar.az xəbər verir ki, ilk olaraq A, B, C və D qrupunda yer alan komandalar mübarizəni başa vurublar.

Günün ən maraqla gözlənilən matçı İspaniyada baş tutub. “Barselona” doğma meydanda “Borussiya Münhenqladbax”ı qəbul edib.

Oyunun 16-cı dəqiqəsində Messi hesabı açıb. İkinci hissədə komandanın türkiyəli futbolçusu Arda Turan 17 dəqiqəyə (50, 53 və 67-ci dəqiqələr) 3 qol vurmaqla het-trik edib.

Digər oyunlara gəlincə, A qrupunda lider PSJ öz meydanında “Ludoqorets”ə gözlənilmədən xal verib: 2-2. Bundan maksimum yararlanan “Arsenal” İsvemçrə “Bazel”ini 4:1 hesabı ilə məğlub edərək qrupda birinci yeri tutub. PSJ isə növbəti mərhələyə qrup ikincisi kimi yüksəlib.

Əsas diqqətlər B qrupuna yönəlmişdi. Çünki son tur öncəsi “Napoli”, “Benfika” və “Beşiktaş”ın 1/8 finala yüksəlmək şansı var idi.

Səfərdə Kiyev “Dinamo”sunun qonağı olan İstanbul klubu qırmızı vərəqələr almaqla darmadağın olub: 6:0. Səfərdə “Benfika”nı 1:2 hesabı ilə məğlub edən “Napoli” isə qrupu zirvədə tamamlayıb. “Benfika” ikinci olduğu halda, “Beşiktaş” ÇL-lə vidalaşıb.

C Qrupunda “Mançester Siti” öz meydanında “Seltik”i sınağa çəkib. Görüş 1:1 hesabı ilə yekunlaşıb.

D qrupunda “Bavariya” – “Atletiko” matçı 1:0 meydan sahiblərinin xeyrinə, PSV – “Rostov” matçı isə qolsuz bərabərliklə bitib.

Short URL: http://www.cumhuriyyet.net/?p=83895

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31