Suriyada Türkiyə ordusunun iki hərbçisi şəhid olub
Türkiyə Silahlı Qüvvələrinin “Fırat Kalkanı” (“Fərat qalxanı”) əməliyyatında iştirak edən 2 hərbçisi Suriyanın Əl-Bab bölgəsində şəhid olub, biri isə ağır yaralanıb.
İHA xəbər verir ki, onlar bu gün səhər saatlarında edilən hücum nəticəsində ağır yaralanıblar. Yaralı hərbçilər helikopterlə Türkiyənin Qaziantep şəhərinin Şahibəy xəstəxanasına gətirilib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayılb.
Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələri Əl-Babda terrorçu İŞİD qruplaşmasının 9 mövqeyinə havadan zərbə endirərək məhv etdiyi barədə məlumat yaymışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=83930