Çeçenistanlı rəqqas səhnədə çıxışı zamanı ölüb

08.12.2016 - 13:38

Çeçenistanın Urus-Martan şəhəri rayon Mədəniyyət sarayında dekabrın 2-də bədbəxt hadisə baş verib. Çeçenistan xalq artisti Liza Axmatovanın çıxışı zamanı 48 yaşlı rəqqas R. Xusainov “ləzginka” sədaları altında oynayarkən qəfildən səhnədə yıxılıb. Tamaşaçılar bunun şou elementi olduğunu düşünərək gülərək alqışlayıblar.

 

Xalq artisti daha bir neçə saniyə ərzində ifasını davam etdirib və yerə yıxılmış şəxsə yaxınlaşıb.

 

 

O, nə baş verdiyini dərhal anlamadığından hadisəni zarafata çevirməyə cəhd edib: “Həddindən artıq can yandırıb! Rəqqasa alqışlar!”.

 

 

Lakin artıq vəziyyətin ciddi olduğu anlaşılıb. Gülüş və alqış sədaları kəsilib, artistlər, səhnə işçiləri və zaldakı sadə insanlar yerə yıxılmış şəxsi əhatəyə alıblar.

 

 

Təcili tibbi yardım çağırılıb. Təəssüf ki, həkimlərin artıq yardım edə biləcəyi bir imkan yox idi. Şəxsin ürək dayanmasından öldüyü məlum olub.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=84000

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728