Milyarder qızını alana 180 milyon dollar verəcək

12.12.2016 - 12:06

Honkonqlu milyarder Sesil Çao maraqlı təkliflə diqqət mərkəzinə düşüb.

Cumhuriyyet.az publika.az-a istinadən xəbər verir ki, “Cheuk Nang Holdings Ltd.” şirkətinin sahibi kişilərə səslənib. O, qızını ərə getməyə razı salan kişiyə 180 milyon dollar vəd edib.

Qəribəsi ondadır ki, heç kimi bəyənməyən bu xanım indiyə kimi gələn təkliflərin 20.000-nə yox deyib.

Məsələ burasındadır ki, Cici 10 ildən çoxdur Şon İv adlı həmcinsi ilə münasibətdədir. Milyarder Sesil Çao da hər bir valideyn kimi övladının xoşbəxtliyini arzulayır. Məhz buna görə, o, əvvəlcə qızına görə 40 milyon dollar mükafat vəd edib. 20.000 təklifin boşa çıxdığını görəndən sonra məbləği 180 milyona qaldırıb. Sesil əmindir ki, pul əvvəl-axır öz işini görəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=84154

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728