Qafqazdakı ölkə bütün dünyanın hakimi olacaq – APOKALİPSİS

12.12.2016 - 13:51

Məşhur bolqar öncəgörən Vanqanın bir çox dedikləri həyata keçib. Lakin ötən əsrdə onun Suriya haqqında söylədiklərinin hamısı gerçəkləşməyib.

Publika.az xəbər verir ki, kahin Suriyada qiyamın olacağını, münaqişənin başlanacağını, beynəlxalq güclərin bu münaqişəyə cəlb olunacağını proqnozlaşdırmışdı. Hazırki vəziyyət onun dediklərini özünü doğruldur. Lakin Vanqa nəticə olaraq hesab edirdi ki, Suriya planet miqyasında digər qəzaların da mərkəzi olacaq. Bu baş verməyib.

Məsih gələndə o ölkə qalibin ayaqlarına düşəcək

Vanqanın Suriya haqqında dediyi digər məqam isə Məsihin gəlişi ilə bağlıdır.

“Suriya məğlub olacaq. Bu, Məsihin gəlişinin müjdəçisidir. Suriya qalibin ayağına yıxılacaq”, – deyə kahinin proqnozları belədir.

Bu apokalipsis, yəni dünyanın sonu deməkdir. Lakin bunun nə vaxt olacağnı demək çətindir. Yeganə həqiqət budur ki, Vanqanın Suriya ilə bağlı dediklərinin bir çoxu reallığa çevrilib. İndi son nəticənin necə olacağı maraqlıdır.

Avropa məhv olur, Ağ Evin taleyi müəmmalıdır

Onun Avropa və ABŞ haqqında dedikləri də diqqətdən yayınmır. Vanqanın dediyi kimi, Avropa Birliyi yarandı. Amma kahin Avropanın ümidsizliyə düçar olacağını da bildirmişdi. Və bu gün “Köhnə Qitə”də bunun təzahürləri aydın görünür. Birləşmiş Ştatlara gəlincə, Vanqa Barak Obamanın Ağ Evdə əyləşən sonuncu prezident olacağını düşünürdü. Obama hələ ki, Ağ Evi tərk etməyib. Lakin onun öz iş kabinetini Donald Trampa təhvil verəcəyi də artıq müəyyənləşib. Son nəticə hələ də müəmmalı olaraq qalır.

Bolqar kahin III Dünya müharibəsinin olacağını istisna etmirdi. Amma bu, tezliklə olmayacaq və deyildiyi kimi Suriyadan başlamayacaq.

Dünyaya o ölkə hökm edəcək

Yeni dünya gücü isə Rusiya olacaq. Vanqanın bu proqnozu çox qəribə görünür, xüsusilə Rusiyanı dünyada təkləndiyi, güc itirdiyi bir vaxtda.

“Hər şey keçəcək, buzlar əriyəcək, yaz gələcək. Təkcə Rusiyanın şöhrəti möhkəmlənəcək, yalnız o, güclənəcək. Böyük ərazidə yeni imperiya rəsmiləşəcək. O, qartal kimi Yer kürəsinin üzərində uçaraq, bütün dünyanı özünə tabe edəcək”, – kahin belə deyirdi.

Bugünkü situasiyada buna inanmaq çətindir, lakin Rusiyanın Baykal, Altay, Kamçatka, Qafqaz və bir çox bölgələrdə əsas güc olduğunu nəzərə alsaq, hər şeyin göründüyü kimi olmadığı məlum olur.

Short URL: http://www.cumhuriyyet.net/?p=84180

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728